Logo
    main-post-cover

    iPhone 16 Pro modelləri daha yüksək sürətli şarj texnologiyasının dəstəyini əldə edə bilərlər

    Cihazlar+
    11.07.2024
    Emil
           Son illərdə bütün iPhone modellərində sürətli şarj texnologiyasının gücü 20-27 vatt-ı keçməyib. Android smartfonlarda artıq uzun illərdir ki, 65 vatt və ondan daha yüksək gücdə sürətli şarj texnologiyasının istifadə edilməsinə baxmayaraq Apple bu mövzuda tələsməməyə üstünlük verir və şirkətin bu cür strategiyası isə bir çoxlarını təəccüb içərisində qoyur. Lakin bu il vəziyyət dəyişə bilər. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən Apple bu il təqdim olunacaq iPhone 16 Pro iPhone 16 Pro Max modellərini daha yüksək gücdə sürətli şarj texnologiyası ilə təmin edəcək.
         Bununla belə söhbət, təkcə sürətli naqilli deyil, həmdə sürətli naqilsiz şarj texnologiyasından gedir. Belə ki, ortaya çıxmış məlumatda qeyd edilib ki, iPhone 16 Pro və iPhone 16 Pro Max modelləri 40 vatt gücündə sürətli naqilli şarj texnologiyasının və 20 vatt gücündə MagSafe naqilsiz şarj texnologiyasının dəstəyini əldə edəcəklər. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan iPhone-larda sürətli naqilli şarj texnologiyasının gücü 27 vatt, MagSafe naqilsiz şarj texnologiyasının gücü isə 15 vatt təşkil edir.
    Paylaş