Logo
    main-post-cover

    iPhone 16 Pro modelləri ekran altı FaceID texnologiyası gələ bilər!

    Cihazlar+
    29.05.2024
    Farid

         İddialara görə, Apple, FaceID texnologiyasını iPhone 16 Pro modelləri ilə ekranın altına köçürə bilər. Beləliklə, yeni ekran altı FaceID texnologiyasını bir neçə ay sonra təqdim ediləcək iPhone modellərində görə bilərik.

         Sunday Telegraph tərəfindən Böyük Britaniyadan gələn xəbərlər göstərir ki, Apple bu ilki iPhone 16 modellərində Face ID-ni ekranın altına köçürə bilər. Buna uyğun olaraq şirkət, iPhone 16 Pro modeli ilə bu texnologiyaya keçid edə bilər. Xəbərə görə, ABŞ-ın Coherent yarımkeçirici şirkətinə məxsus mikroçip təsisi ən böyük müştərisini itirərək bağlanıb. Həmin müştərinin Apple şirkəti olduğu bildirilib. Təsis, Apple üçün Face ID komponentlər istehsal edirdi. Xəbərdə bildirilir ki, Apple iPhone-un növbəti versiyasında edilən dəyişikliklərə görə sifarişləri dayandırıb. Bütün bunlar göstərir ki, şirkətin üz tanıma sistemi iPhone 16 Pro və iPhone 16 Pro Max modellərində ekranın altına köçürülə bilər.
         Təbii ki, bütün bu məlumatlar iddia olara qalır. Deməli, doğru olmamaq ehtimalı var. Bundan başqa, bir müddətdir şirkətin bu texnologiyandan daha tez istifadə etmək istədiyi xəbərini də görmüşük. Beləliklə, iPhone 16 Pro-da bunun gerçəkləşdiyini görmək elə də təəccüblü olmaz. Face ID texnologiyasının ekranın altına köçürüldükdən sonra, Apple-ın “tam ekranlı iPhone” dizaynına keçib-keçməyəcəyi isə hələlik bilinmir.
    Paylaş