
iPhone 16 Pro modelləri keçən ilki iPhone 15 Pro-lardan daha pis satılır
Cihazlar+
16.09.2024
Emil
Ming-Chi Kuo adlı məşhur analitik keçən həftənin əvvəlində təqdim edilmiş iPhone 16 smartfonlarının satışları ilə bağlı ilk məlumatları təqdim edib. Onun sözlərinə əsasən iPhone 16 Pro modellərinin satışları gözləniləndən aşağı səviyyədədir. iPhone 16 və iPhone 16 Plus modelləri isə olduqca yaxşı satılır. Analitikin analizlərinə əsasən iPhone 16 smartfonlarının satışları ilə bağlı vəziyyət aşağıdakı kimidir.
- iPhone 16 Pro Max keçən ilki iPhone 15 Pro Max ilə müqayisədə 16% daha pis satılır
- iPhone 16 Pro keçən ilki iPhone 15 Pro ilə müqayisədə 27% daha pis satılır
- iPhone 16 Plus keçən ilki iPhone 15 Plus ilə müqayisədə 48% daha yaxşı satılır
- iPhone 16 keçən ilki iPhone 15 ilə müqayisədə 10% daha yaxşı satılır.
Paylaş
Ən çox oxunanlar

Azercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
