main-post-cover

    iPhone 16 Pro modelləri təkmilləşdirilmiş ultra geniş bucaqlı kameranı əldə edəcəklər

    Cihazlar+
    24.06.2024
    Emil Nəcəfov
         Verilmiş yeni məlumata əsasən Apple şirkətinin bu il təqdim edəcəyi iPhone 16 smartfon seriyasına daxil olacaq iPhone 16 Pro modelləri kamera mövzusunda yenilənmələrə məruz qalacaqlar. Bu smartfonlar yenilikləri əsasən ultra geniş bucaqlı kamera və optik zoom məsələlərində əldə edəcəklər. Məlumatda qeyd edilib ki, iPhone 16 Pro və iPhone 16 Pro Max modelləri 48 MP-lik yenilənmiş ultra geniş bucaqlı kameranı əldə edəcəklər. Yenilənmiş ultra geniş bucaqlı kamera öz növbəsində zəif işıqlı mühitdə daha keyfiyyətli fotoların əldə edilməsində yardımçı olacaq.
       Bununla yanaşı Apple iPhone 16 Pro modellərinin kameralarında optik və rəqəmsal zoom funksiyalarının imkanlarını genişləndirəcək. Belə ki, smartfonlarda 5 qat optik zoom-un və 25 qat rəqəmsal zoom-un olacağı gözlənilir. Bundan əlavə olaraq kameraların linzaları üzərinə yeni növ antiblik örtük vurulacaq. Məlumata əsasən iPhone 16 Pro modellərində əsas kamerada Sony-nin işığa olduqca həssas yeni kamera sensoru istifadə ediləcək. Qeyd etmək lazımdır ki, iPhone 16 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gələcək iPhone-larda fərdi şəkildə dəyişdirilə bilən arxa panellər imkanı reallaşdırıla bilər
    gelecek-iphone-larda-ferdi-sekilde-deyisdirile-bilen-arxa-paneller-imkani-reallasdirila-biler
    Apple Vision Pro-nun ikinci nəsli və sadələşdirilmiş versiyası üzərində çalışır
    apple-vision-pro-nun-ikinci-nesli-ve-sadelesdirilmis-versiyasi-uzerinde-calisir
    Apple, "Apple Intelligence"in nəyə görə köhnə cihazlarda çalışmadığını açıqlayıb!
    apple-apple-intelligencenin-neye-gore-kohne-cihazlarda-calismadigini-aciqlayib
    Apple şirkəti Vision Pro 2-nin hazırlanma prosesini dayandırıb
    apple-sirketi-vision-pro-2-nin-hazirlanma-prosesini-dayandirib
    Apple Watch Series 10 smart saatı barəsində məlumatlar təqdim edilib
    apple-watch-series-10-smart-saati-baresinde-melumatlar-teqdim-edilib