main-post-cover

    iPhone 16 Pro modellərində olacaq Capture Button adlı düymənin özəllikləri açıqlanıb

    Cihazlar+
    19.01.2024
    Emil Nəcəfov
         The Information saytı iPhone 16 smartfon seriyasında olacaq özəlliklərdən biri barəsində məlumat verib. Söhbət, Capture Button düyməsindən gedir. Məlumata əsasən bu düymə yalnız iPhone 16 Pro modellərində reallaşdırılacaq. iPhone 16 Pro modellərinin kənar hissələrində yerləşəcək bu düymə sürətli şəkildə Camera tətbiqinin işə salınması və digər əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulacaq.
         The Information saytı öz növbəsində Capture Button düyməsinin reallaşdırılma mexanizmi və onun istifadə ssenarilərindən biri barəsində məlumat verib. Beləliklə verilmiş məlumata əsasən sözügedən düymə mexaniki, səthi isə sensorlu olacaq. İstifadə ssenarilərindən birinə əsasən istifadəçi Capture Button düyməsinin səthi üzərində barmağını sola və ya sağa sürüşdürərək Camera tətbiqində kadrı yaxınlaşdıra və ya uzaqlaşdıra biləcək. Düymənin yarıya qədər kliklənməsi fokusu tutacaq, tam şəkildə kliklənməsi isə fotonu çəkəcək. Qeyd etmək lazımdır ki, iPhone 16 smartfon seriyasının bu ilin sentyabr ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Növbəti iPad Pro üçün OLED ekranların kütləvi istehsalına start verilib
    novbeti-ipad-pro-ucun-oled-ekranlarin-kutlevi-istehsalina-start-verilib
    Apple iPhone-nun sualtı çalışma rejimini patentləşdirib
    apple-iphone-nun-sualti-calisma-rejimini-patentlesdirib
    Apple Vision Pro beynəlxalq bazarda nə zaman satışa çıxacaq?
    apple-vision-pro-beynelxalq-bazarda-ne-zaman-satisa-cixacaq
    Apple üçün 2 nanometrlik prosessor artıq gələn il istehsal edilə bilər
    apple-ucun-2-nanometrlik-prosessor-artiq-gelen-il-istehsal-edile-biler
    Apple Watch 9 ilə Watch Ultra 2 ABŞ bazarında vacib funksiyaya sahib olmadan satışa çıxacaqlar
    apple-watch-9-ile-watch-ultra-2-abs-bazarinda-vacib-funksiyaya-sahib-olmadan-satisa-cixacaqlar