
iPhone 16 Pro-nun iPhone 15 Pro ilə müqayisə fotoları ortaya çıxıblar
iPhone 16 smartfon seriyasının təqdimatına hələ aylarla zaman qaldığına baxmayaraq bu smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə internetdə iPhone 16 Pro-nun keçən ilki iPhone 15 Pro ilə müqayisəsini əks etdirən fotolar ortaya çıxıblar. Təqdim edilmiş müqayisə fotolarına əsasən iPhone 15 Pro ilə müqayisədə iPhone 16 Pro-nun ekran ölçüsü 6.1 düym-dən 6.3 düym-ə böyüyəcək. Bundan əlavə olaraq bəzi məlumatlara əsasən iPhone 16 Pro-da Border Reduction Structure (BRS) texnologiyası tətbiq ediləcək.

Bu texnologiya isə öz növbəsində ekran ətrafı çərçivəni hər tərəfdən nazik etməyə imkan verəcək. iPhone 16 Pro-nun arxa kamera dizaynı ümumilikdə iPhone 15 Pro-nun arxa kamera dizaynına bənzəyəcək. Sadəcə olaraq əsas fərq ondadır ki, iPhone 16 Pro-nun arxa kamera sahəsi daxilindəki LED işıqlandırma ikinci kameranın altında deyil, üstündə yerləşəcək. Son məlumat sızıntılarına əsasən iPhone 16 Pro modeli 48 MP-lik ultra geniş bucaqlı obyektivi və 5 qat optik zoom-a sahib 12 MP-lik periskop teleobyektivi əldə edəcək.


Paylaş