main-post-cover

    iPhone 16 Pro-nun kamerası 10.000-dən çox fotoşəkillə sınaqdan keçirilib! (Video)

    Cihazlar+
    20.09.2024
    Farid Pardashunas

         Hər il buraxılan iPhone-ların Pro modellərini ətraflı sınaqdan keçirən bir fotoqraf, iPhone 16 Pro modelini də sınaqdan keçirib.

         Səyahət fotoqrafı Austin Mann, əvvəllər iPhone 15 seriyasına qədər Pro seriyası telefonlarının kameralarını müxtəlif testlərdən keçirərək izləyiciləri ilə paylaşırdı, lakin iPhone 15 seriyası üçün bu testləri aparmamışdı. İndi isə o, iPhone 16 Pro kamera sisteminə dərin baxış keçirdiyi testi ilə geri dönüb. Mann, bu il iPhone 16 Pro ilə Keniyada bir səfərə çıxaraq yeni kamera idarəetməsi, təkmilləşdirilmiş 48 MP ultra geniş sensor və yeni səs yazma xüsusiyyətlərini sınaqdan keçirib.
         Mann, icmalını hazırlayarkən iPhone 16 Pro və iPhone 16 Pro Max ilə 10.000-dən çox fotoşəkil 3 TB-dan çox ProRes keyfiyyətində video çəkib. Bu da test zamanı demək olar ki, hər şəraitin və mühitin sınaqdan keçirildiyinin göstəricisidir. Mann, testinin qısa xülasəsini şəxsi bloqunda paylaşıb və iPhone 16 Pro seriyasının kameraları ilə bağlı fikirlərini belə ifadə edib: "Apple kamera komandası bir daha kamera təcrübəsini təkmilləşdirməkdə önəmli irəliləyiş əldə edib. Yeni 48MP Ultra Geniş sensor gözqamaşdırıcı nəticələr verir, yeni foto xüsusiyyətləri görüntüləri fərdiləşdirmək üçün yeni alətlər təqdim edir və kamera idarəetməsi kameraya daxil olmaq və çəkiliş etmək üçün daha sürətli bir yol təqdim edir".
         Mann-in icmalının tam mətni və videolarına buradan baxa bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 ilə bağlı bütün sualları cavablandıran söhbət botu yaradılıb!
    iphone-16-ile-bagli-butun-suallari-cavablandiran-sohbet-botu-yaradilib
    iPhone 16 Pro-nun ilk qutu açılışı videosu ortaya çıxıb! (VİDEO)
    iphone-16-pro-nun-ilk-qutu-acilisi-videosu-ortaya-cixib-video
    iPhone 16 Pro modelləri keçən ilki iPhone 15 Pro-lardan daha pis satılır
    iphone-16-pro-modelleri-kecen-ilki-iphone-15-pro-lardan-daha-pis-satilir
    iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları 5G şəbəkələrində yüksək yüklənmə sürətini sərgiləyirlər
    iphone-16-pro-ve-iphone-16-pro-max-smartfonlari-5g-sebekelerinde-yuksek-yuklenme-suretini-sergileyirler
    iPhone 16 smartfonları maksimum 39 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər
    iphone-16-smartfonlari-maksimum-39-vatt-gucunde-suretli-sarj-texnologiyasini-destekleyirler