main-post-cover

    iPhone 16 Pro-nun qoruyucu keysləri sızdırılıb!

    Cihazlar+
    30.05.2024
    Farid Pardashunas

         iPhone 16 seriyasının maraqla gözlənilən modellərindən olan iPhone 16 Pro-nun qoruyucu keyslərinin görüntüləri ortaya çıxıb.

         Apple, gələn ilin sentyabr ayında keçiriləcək tədbirində 4 iPhone modelini təqdim edəcək. Buna görə də, təqdimat tarixi yaxınlaşdıqca, cihazlar haqqında məlumatlar da artır. Son bir neçə saat ərzində X-də sızıntı məlumatları ilə tanınan Majin Bu, iPhone 16 Pro-nun qoruyucu keyslərinin fotolarını paylaşıb.
         Yuxarıdakl şəkildən də gördüyünüz kimi, iPhone 16 Pro-nun arxa qapağında nəhəng bir kamera bloku var. Kamera bloku o qədər böyüdür ki, demək olar üfüqi sahənin yarıdan çoxunu əhatə etdiyini görə bilərik. Bunun səbəbi, 5x böyütmə dəstəyi ilə yeni telefoto obyektivinin əlavə edilməsi ola bilər. Çünki Apple-ın kamera fərqlərini azaltmaqla "Pro" və "Pro Max" modelini bir-birinə bənzətməsi gözlənilir.
         Əvvəlki məlumatlara görə, ümumi dizayn dəstxəti iPhone 16 Pro və Pro Max-da eyni qalacaq və biz fiziki basma ilə toxunma həssaslığını birləşdirən “Capture” düyməsi ilə qarşılaşacağıq. Bundan əlavə, iPhone 16 Pro və Pro Max-ın ekran ölçüsü müvafiq olaraq 6.1 düymdən 6.3 düymədək 6.7 düymdən 6.9 düymədək artacaq. Əlavə olaraq, "Pro" modelləri cihazda emal üçün əlavə Neural Engine nüvələrinə sahib Apple-ın ilk süni intellektlə işləyən cihazları olacaq. iPhone 16 Pro Max çox güman ki, Galaxy S24 Ultra ilə rəqabət aparmaq üçün daha yaxşı telefoto obyektiv və təkmilləşdirilmiş sensorlarla təqdim olunacaq. Bu mərhələdə 12MP tetraprizma telefoto48MP geniş bucaqlı48MP ultra geniş sensorlar diqqət çəkir. iPhone 16 Pro-da isə iPhone 15 Pro modellərində istifadə olunan 5x Tetraprizma telefoto48MP Sony IMX803 sensoru olacaq və onun yeni şaquli kamera dizaynına keçəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro modelləri ekran altı FaceID texnologiyası gələ bilər!
    iphone-16-pro-modelleri-ekran-alti-faceid-texnologiyasi-gele-biler
    iPhone 16 Pro-nun iPhone 15 Pro ilə müqayisə fotoları ortaya çıxıblar
    iphone-16-pro-nun-iphone-15-pro-ile-muqayise-fotolari-ortaya-cixiblar
    iOS 18 ilə süni intellekt əsaslı emojilər yaradıla biləcək!
    ios-18-ile-suni-intellekt-esasli-emojiler-yaradila-bilecek
    Qatlana bilən iPhone-lar, özü-özünü təmir edən ekrana sahib ola bilər!
    qatlana-bilen-iphone-lar-ozu-ozunu-temir-eden-ekrana-sahib-ola-biler
    Apple şirkəti 8 düym ekranlı iPad mini üzərində çalışır
    apple-sirketi-8-duym-ekranli-ipad-mini-uzerinde-calisir