
iPhone 16 Pro-nun standart versiyası 128 GB daxili yaddaşa sahib olmayacaq
Cihazlar+
09.09.2024
Emil
Apple bu gecə iPhone 16 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya ənənəvi olaraq 4 model daxil olacaq. iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro və iPhone 16 Pro Max. Ümumiyyətlə iPhone Pro modelinə üstünlük verənlər üçün isə yaxşı xəbər ortaya çıxıb. Belə ki, ortaya çıxmış məlumata əsasən Apple şirkəti iPhone 16 Pro modelinin standart versiyasını 128 GB daxili yaddaş həcmi əvəzinə 256 GB daxili yaddaş həcmi versiyasında təklif edəcək. Yəni iPhone 16 Pro-nun 128 GB daxili yaddaş həcminə sahib versiyası olmayacaq.
Bu öz növbəsində iPhone 16 Pro-nun qiymət artımına səbəb ola bilər. Qeyd etmək lazımdır ki, keçən il Apple eyni strategiyanı iPhone 15 Pro Max modelində reallaşdırmışdı. Belə ki, iPhone 15 Pro Max-ın standart versiyası 128 GB daxili yaddaş həcminə deyil, 256 GB daxili yaddaş həcminə sahib idi. Bunun nəticəsində smartfonun satış qiyməti də yüksəlmişdi. Qeyd etmək lazımdır ki, bu gecə təqdim olunacaq iPhone-lar arasında iPhone 16 və iPhone 16 Plus modellerinin A18 prosessoru, iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin isə A18 Pro prosessoru vasitəsilə çalışacaqları gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
