Logo
    main-post-cover

    iPhone 16 Pro smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    11.09.2024
    Emil
         A18 prosessoruna sahib iPhone 16 smartfonu dünən Geekbench testlərindən keçdi. İndi isə məlum olub ki, Geekbench testlərindən daha bir yeni iPhone 16 modeli keçib. Söhbət, A18 Pro prosessoruna sahib iPhone 16 Pro-dan gedir. Beləliklə məlumata əsasən iPhone 16 Pro smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 3409 xal, çox nüvəli testi çərçivəsində isə 8492 xal toplayıb.
          Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki iPhone 15 Pro modeli Geekbench-in bir nüvəli testi çərçivəsində 2896 xal, çox nüvəli testi çərçivəsində isə 7192 xal toplayır. Yenicə təqdim edilmiş iPhone 16 Pro-nun Geekbench nəticələri hələ təqdim edilməmiş və Snapdragon 8 Gen 4 prosessoru vasitəsilə çalışacaq OnePlus 13-ün Geekbench nəticələrindən aşağıdır. Belə ki, OnePlus 13 smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 3236 xal, çox nüvəli testi çərçivəsində isə 10 049 xal toplayıb.
    Paylaş