
iPhone 16 Pro üçbucaq formasında arxa kamera dizaynı əldə edə bilər
Cihazlar+
26.02.2024
Emil
Hər bir yeni məhsulun hazırlanması prosesi çərçivəsində şirkətlər müxtəlif dizayn variantlarını nəzərdən keçirirlər. Apple da bu mövzuda istisna şirkət deyil. Bəzi məlumatlara əsasən bu il təqdim ediləcək iPhone 16 Pro və iPhone 16 Pro Max modelləri də hazırlanma prosesi çərçivəsində məhz bu cür mərhələdən keçirlər. Bununla belə prototiplər arasında olduqca qeyri-adi dizayna sahib modellər də var. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, iPhone 16 Pro modeli spinner dizaynında kamera sahəsini əldə edə bilər.

İndi isə insayderlərdən biri öz mənbələrinə istinadən xəbər verib ki, iPhone 16 Pro smartfonu üçbucaq formasında arxa kamera dizaynını əldə edə bilər. O bu cür dizaynın necə görünə biləcəyini sərgiləyib və onu elektrikli ülgüc dizaynı ilə müqayisə edib. İnsayderin sözlərinə əsasən üçbucaq kamera sahəsi dizaynı smartfonun arxa panelində daha çox sayda böyük ölçülü kamera obyektivini yerləşdirməyə imkan verə bilər. Qeyd etmək lazımdır ki, bu cür dizayn sadəcə olaraq hələ şayiədir və ona müəyyən səviyyədə şübhə ilə yanaşmaq lazımdır. iPhone 16 smartfon seriyası bu ilin sentyabr ayında təqdim olunmalıdır.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
