Logo
    main-post-cover

    iPhone 16 Pro və iPhone 16 Pro Max bir qədər yenilənmiş titan gövdəni əldə edəcəklər

    Cihazlar+
    01.04.2024
    Emil
         Keçən il təqdim edilmiş iPhone 15 Pro iPhone 15 Pro Max smartfonlarında reallaşdırılmış əsas dizayn dəyişikliklərindən biri də onların titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni əldə etmələri oldu. Məlumata əsasən Apple bu il iPhone 16 Pro iPhone 16 Pro Max smartfonlarında da titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni istifadə edəcək. Lakin bu ilki smartfonlarda olacaq titan çərçivənin hazırlanması və rənglənməsi prosesləri bir qədər yaxşılaşdırılacaq.
         Məlumatda qeyd edilib ki, iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonlarındakı titan çərçivə cilalanmış şəkildə olacaq. Bu isə öz növbəsində smartfonlara parlaq xarici görünüşü bəxş edəcək. Qeyd etmək lazımdır ki, iPhone 15 Pro modellərində istifadə edilən titan çərçivə mat rəngli örtüyə sahibdir. Görünür, Apple şirkətinin fikrincə parlaq çərçivə smartfonları daha cəlbedici edəcək. iPhone 16 smartfon seriyasının bu ilin sentyabr ayında təqdim olunacağı gözlənilir.
    Paylaş