
iPhone 16 Pro və iPhone 16 Pro Max Hindistanda istehsal olunacaqlar
Cihazlar+
20.08.2024
Emil
Bloomberg saytının vermiş olduğu məlumata əsasən Apple şirkəti öz tarixində ilk dəfə iPhone Pro və iPhone Pro Max smartfonlarını Hindistanda istehsal etməyi planlaşdırır. Söhbət, gələn ay təqdim ediləcək iPhone 16 Pro və iPhone 16 Pro Max modellərindən gedir. Məlumatda qeyd edilib ki, iPhone-ların istehsalı ilə məşğul olan Foxconn şirkətinin Hindistandakı zavodu bir neçə həftədən sonra iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin istehsallarına start verəcək
Qeyd etmək lazımdır ki, adi iPhone modelləri artıq 7 ildir ki, Hindistanda istehsal edilir. Bu ilin əvvəlində təqdim edilmiş hesabata əsasən Apple şirkətinin istehsal edilən bütün smartfonlarının 14%-i məhz Hindistanın payına düşür. Gözləntilərə əsasən artıq gələn il bu göstərici 25%-ə yüksələcək. Bəzi məlumatlara əsasən Apple 2026-cı ildə bütün iPhone 17 istehsalını tamamilə Hindistana keçirtməyi planlaşdırır.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
