main-post-cover

    iPhone 16 Pro və iPhone 16 Pro Max-ın ölçüləri ilə çəkiləri açıqlanıb

    Cihazlar+
    06.06.2024
    Emil Nəcəfov
         Ice Universe ləqəbli məşhur insayder bir neçə gün bundan öncə məlumat verdi ki, iPhone 16 Pro smartfonu bazarda ən nazik ekran ətrafı çərçivəni əldə edəcək. İndi isə insayder iPhone 16 Pro və iPhone 16 Pro Max-ın dəqiq ölçüləri və çəkiləri barəsində məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən iPhone 16 Pro modeli 149.6 mm uzunluğa, 71.45 mm enə və 8.25 mm qalınlığa sahib olacaq. Onun çəkisi isə 194 qramm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15 P​​​​​​​ro 146.6 mm uzunluğa, 70.6 mm enə, 8.25 mm qalınlığa və 187 qramm çəkiyə sahibdir.
         Burdan da belə qənaətə gəlmək olar ki, iPhone 16 Pro modeli iPhone 15 Pro-dan bir qədər böyük ölçüdə olacaq. iPhone 16 Pro Max modelinə gəldikdə isə insayder bildirib ki, o, 163.02 mm uzunluğa, 77.58 mm enə və 8.26 mm qalınlığa sahib olacaq. iPhone 16 Pro Max-ın çəkisi isə 225 qramm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15 Pro Max modeli 159.9 mm uzunluğa, 76.7 mm enə, 8.25 mm qalınlığa və 221 qramm çəkiyə sahibdir. Son məlumat sızıntılarına əsasən iPhone 16 Pro-nun ekran ölçüsü 6.1 düym-dən 6.3 düym-ə, iPhone 16 Pro Max-ın ekran ölçüsü isə 6.7 düym-dən 6.9 düym-ə böyüyəcək. iPhone 16 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Aktual iPhone modellərinin çoxunda iOS 18-in süni zəka funksiyaları məhdud şəkildə çalışacaqlar
    aktual-iphone-modellerinin-coxunda-ios-18-in-suni-zeka-funksiyalari-mehdud-sekilde-calisacaqlar
    iPhone 16 Pro bazarda ən nazik ekran ətrafı çərçivəni əldə edə bilər
    iphone-16-pro-bazarda-en-nazik-ekran-etrafi-cerciveni-elde-ede-biler
    Apple WWDC 2024 çərçivəsində yeni cihazlar təqdim etməyəcək
    apple-wwdc-2024-cercivesinde-yeni-cihazlar-teqdim-etmeyecek
    iPhone 5s Apple şirkətinin köhnəlmiş cihazlar siyahısına daxil edilib
    iphone-5s-apple-sirketinin-kohnelmis-cihazlar-siyahisina-daxil-edilib
    Apple Siri tətbiqlərdəki funksiyaları idarə edə biləcək
    apple-siri-tetbiqlerdeki-tetbiqlerdeki-funksiyalari-idare-ede-bilecek