main-post-cover

    iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin batareya həcmləri açıqlanıb

    Cihazlar+
    05.08.2024
    Emil Nəcəfov
        Apple gələn ay iPhone 16 smartfon seriyasını təqdim edəcək. Ənənə üzrə bu seriyaya iPhone 16 Pro iPhone 16 Pro Max modelləri daxil olacaqlar. İndi isə insayderlər bu modellərin əldə edəcəkləri batareyaların həcmləri barəsində məlumat veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən iPhone 16 Pro modeli 3577 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan iPhone 15 Pro modeli 3274 mAh enerji tutumlu batareya ilə təchiz olunur.
         Bu isə o deməkdir ki, iPhone 16 Pro modelinin batareyası 9% daha böyük həcmli olacaq. iPhone 16 Pro Max modelinə gəldikdə isə məlumatda qeyd edilib ki, o, 4676 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. iPhone 15 Pro Max modeli öz növbəsində 4441 mAh enerji tutumlu batareyaya sahibdir. Bu isə o deməkdir ki, iPhone 16 Pro Max modelinin batareyası 5% daha böyük həcmli olacaq. Bəzi məlumatlara əsasən iPhone 16 Pro və iPhone 16 Pro Max modelləri 40 vatt gücündə sürətli naqilli şarj texnologiyasını və 20 vatt gücündə sürətli naqilsiz MagSafe şarj texnologiyasını dəstəkləyəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Bütün iPhone 17 modelləri yeni ön kameranı əldə edəcəklər
    butun-iphone-17-modelleri-yeni-on-kamerani-elde-edecekler
    iPhone 16-nın nə zaman təqdim olunacağı məlumatı ortaya çıxıb
    iphone-16-nin-ne-zaman-teqdim-olunacagi-melumati-ortaya-cixib
    Apple Vision Pro yeni növ ekranları əldə edə bilər
    apple-vision-pro-yeni-nov-ekranlari-elde-ede-biler
    Apple-1 kompüterinin fotoları kompüterin özündən daha baha qiymətə satışa çıxarılıb
    apple-1-komputerinin-fotolari-komputerin-ozunden-daha-baha-qiymete-satisa-cixarilib
    Növbəti iPhone SE üçün OLED ekranlar iki şirkət tərəfindən istehsal ediləcək
    novbeti-iphone-se-ucun-oled-ekranlar-iki-sirket-terefinden-istehsal-edilecek