Logo
    main-post-cover

    iPhone 16 Pro və iPhone 16 Pro Max Qualcomm-un 5G modemini əldə edəcəklər

    Cihazlar+
    15.01.2024
    Emil
         Az əvvəl biz xəbər verdik ki, Jeff Pu adlı məşhur insayder iPhone 16 iPhone 16 Plus smartfonlarının RAM göstəriciləri barəsində məlumat verib. Onun sözlərinə əsasən iPhone 16 və iPhone 16 Plus smartfonları 8 GB RAM ilə təchiz olunacaqlar. İndi isə həmin insayder iPhone 16 ProiPhone 16 Pro Max modelləri barəsində məlumat verib. Beləliklə insayder bildirib ki, Apple iPhone 16 Pro və iPhone 16 Pro Max-a Qualcomm şirkətinin Snapdragon X75 adlı 5G modemini quraşdırmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, sözügedən 5G modem keçən ilin fevral ayında təqdim olunmuşdu. O, 5G şəbəkələrdə məlumatların yüksək sürətlə yüklənməsi və göndərilməsi imkanları ilə seçilir. Qeyd etmək lazımdır ki, iPhone 16 smartfon seriyasının bu ilin sentyabr ayında təqdim olunacağı gözlənilir.
    Paylaş