
iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları 5G şəbəkələrində yüksək yüklənmə sürətini sərgiləyirlər
Cihazlar+
13.09.2024
Emil
SpeedSmart saytının vermiş olduğu məlumata əsasən iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları Qualcomm şirkətinin Snapdragon X75 modemi sayəsində 5G şəbəkələrdə olduqca yüksək sürəti təmin edirlər. Aparılmış test çərçivəsində məlum olub ki, adları sadalanmış bu smartfonlarda 5G-nin yüklənmə sürəti keçən ilki iPhone 15 Pro modellərindəki 5G-nin yüklənmə sürətindən 23.7% yüksəkdir.

Bu mövzuda Verizon mobil operatorunun istifadəçiləri yüksək sürəti əldə ediblər. Belə ki, bu mobil operatorun 5G şəbəkəsində iPhone 16 Pro modelləri saniyədə 400 Mbit yükləmə sürəti sərgiləyirlər. T-Mobile adlı məşhur mobil operatorunun 5G şəbəkəsində yüklənmə sürəti saniyədə 447.50 Mbit, AT&T mobil operatorunun 5G şəbəkəsində isə yüklənmə sürəti saniyədə 269.48 Mbit təşkil edir. Qeyd etmək lazımdır ki, Snapdragon X75 modemi yüksək sürəti təmin etməklə yanaşı enerji sərfiyyatını da aşağı salır. iPhone 16 və iPhone 16 Plus modellərinə gəldikdə isə onlarda çox güman ki, Snapdragon X70 adlı daha köhnə 5G modem istifadə edilir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
