main-post-cover

    iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları Samsung-un yeni nəsil OLED ekranını əldə edəcəklər

    Cihazlar+
    02.07.2024
    Emil Nəcəfov
         Samsung təkcə smartfonların deyil həmçinin yüksək keyfiyyətli OLED ekranların hazırlanması ilə də məşğul olur. Ortaya çıxmış yeni məlumata əsasən Samsung yaxın zamanda öz yeni nəsil OLED ekranlarını fərdi smartfonlarında istifadə etməyəcək. Bunun yerinə o öz yeni nəsil OLED ekranlarını Google Pixel 9iPhone 16 Pro smartfonlarında istifadə üçün təqdim edəcək. Söhbət, M14 OLED adlı ekranlardan gedir. Gözləntilərə əsasən M14 OLED adlı yeni nəsil ekranlar hal-hazırda aktual olan OLED ekranları həm parlaqlıq həm də çalışma ömrü üzrə geridə qoyacaqlar.
         Bu yeni nəsil ekranlar ilk növbədə Google Pixel 9 smartfon seriyasında istifadə edilməlidir. Qeyd etmək lazımdır ki, Google Pixel 9 smartfon seriyası 13 avqust tarixində təqdim olunacaq. Məlumatda qeyd edilib ki, Apple şirkəti M14 OLED ekranları yalnız iPhone 16 Pro və iPhone 16 Pro Max modellərində istifadə edəcək. Adi iPhone 16 iPhone 16 Plus modelləri isə hal-hazırda aktual olan M12 OLED ekranları əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Samsung Galaxy S24 Ultra-da M13 OLED ekrandan istifadə edildiyini nəzərə alsaq, güman etmək olar ki, gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S25 Ultra smartfonu M14 OLED ekranı əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple daha 3 cihazını köhnəlmiş cihazlar siyahısına daxil edib
    apple-daha-3-cihazini-kohnelmis-cihazlar-siyahisina-daxil-edib
    Təqdimata az qalmış Samsung Galaxy Watch Ultra-nın detallı texniki göstəriciləri ortaya çxıblar
    teqdimata-az-qalmis-samsung-galaxy-watch-ultra-nin-detalli-texniki-gostericileri-ortaya-cxiblar
    Apple, süni intellekt xüsusiyyətlərinin istifadəsi üçün ödəniş tələb edə bilər!
    apple-suni-intellekt-xususiyyetlerinden-istifade-ede-bilmek-ucun-odenis-teleb-ede-biler
    Samsung, gələcək qatlana bilən smartfonlarında ekranının bütün nöqtələrinə barmaq izi oxuyucusu yerləşdirə bilər!
    samsung-gelecek-qatlana-bilen-smartfonlarinda-ekraninin-butun-noqtelerine-barmaq-izi-oxuyucusu-yerlesdire-biler
    Android 15 ilə OneUI 7.0-ı son yenilənmə kimi əldə edəcək Samsung smartfonlarının siyahısı təqdim edilib
    android-15-ile-oneui-70-i-son-yenilenme-kimi-elde-edecek-samsung-smartfonlarinin-siyahisi-teqdim-edilib