Logo
    main-post-cover

    iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonlarının dizaynlarında ciddi dəyişiklik olmayacaq

    Cihazlar+
    31.01.2024
    Emil
         Apple şirkəti bu ilin sentyabr ayında iPhone 16 smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellər arasında ənənəyə sadiq qalaraq iPhone 16 Pro iPhone 16 Pro Max olacaqlar. Məşhur insayder Ming-Chi Kuo-nun sözlərinə əsasən iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin dizaynlarında ciddi dəyişiklikləri gözləmək lazım deyil. Bununla belə analitik bildirib ki, iPhone 16 Pro modelləri kamera idarəsi üçün nəzərdə tutulmuş yeni fiziki düyməni əldə edəcəklər.
         Həmin düymə smartfonların sağ tərəflərində yandırıb/söndürmə düyməsinin altında yerləşəcək. Üstəlik analitik əlavə edib ki, iPhone 16 Pro-nun ekranı 6.1 düym-dən 6.3 düym-ə, iPhone 16 Pro Max-ın ekranı isə 6.7 düym-dən 6.9 düym-ə böyüyəcək. Adi iPhone 16 ilə iPhone 16 Plus-ın ekranlarında ölçü dəyişikliyi olmayacaq. Analitikin fikrincə Apple çətin ki, iPhone 17 smartfon seriyasından əvvəl öz smartfonlarında inqilabi süni zəka funksiyalarını təqdim etsin.
    Paylaş