main-post-cover

    iPhone 16 seriyası üçün iki yeni rəng variantı ortaya çıxıb!

    Cihazlar+
    20.05.2024
    Farid Pardashunas

         Apple, ilin sonunda iPhone 16 seriyasını təqdim edəcək. Sentyabr ayında təqdim ediləcəyi gözlənilən yeni iPhone modelləri üçün bu yaxınlarda iki yeni rəng variantı ortaya çıxıb.

          Apple analitiki Ming-Chi Kuo-nun sözlərinə görə, iPhone 16 Pro və iPhone 16 Pro Max üçün rəng seçimləri Qara, Ağ, Gümüş, Təbii (Boz) və Gül Titan olacaq. Bu isə o deməkdir ki, iPhone 15 Pro-nun çox populyar olan Mavi Titan rəngi artıq 16 seriyası üçün mövcud olmayacaq və qızılgül rəng seçimi ilə əvəz olunacaq. Digər tərəfdən, iPhone 16 və iPhone 16 Plus, yəqin ki, qara, yaşıl, çəhrayı, mavi və ağ rənglərdə olacaq. Hazırda iPhone 15 və iPhone 15 Plus üçün qara, yaşıl, çəhrayı, mavi və sarı rəngləri mövcuddur. Ona görə də indiki sarı rəngin ağ rənglə əvəzlənəcəyi gözlənilir.
         Təbii ki, Apple bu rənglərin adında dəyişiklik edə bilər. Xatırlayırsınızsa, şirkət iPhone 12-nin ağ rəng seçimini iPhone 13-də Starlight olaraq dəyişdirmişdi. Bu səbəbdən eyni olan rənglərdə ad dəyişiklikləri də ola bilər. Sentyabr ayında təqdim edilməsi gözlənilən iPhone 16 seriyasında ciddi dizayn dəyişikliyi gözlənilmir. Yeni "Capture" düyməsi, həmçinin kameraların şaquli düzülüşü gözlənilən dəyişikliklər arasındadır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İtmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş növbəti Apple AirTag trekeri son hazırlanma mərhələsindədir
    itmis-esyalarin-axtarisi-ucun-nezerde-tutulmus-novbeti-apple-airtag-trekeri-son-hazirlanma-merhelesindedir
    iPhone 16 Plus smartfonu iPhone tarixinin son Plus modeli ola bilər
    iphone-16-plus-smartfonu-iphone-tarixinin-son-plus-modeli-ola-biler
    4-cü nəsil iPhone SE nə zaman təqdim olunacaq?
    4-cu-nesil-iphone-se-ne-zaman-teqdim-olunacaq
    iPhone 16 Pro Max bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa bilər
    iphone-16-pro-max-bir-defe-sarj-olunandan-sonra-daha-uzun-muddet-erzinde-calisa-biler
    Apple gələn il nazik gövdəyə və yeni dizayna sahib daha bahalı iPhone 17-ni təqdim edə bilər
    apple-gelen-il-nazik-govdeye-ve-yeni-dizayna-sahib-dah-bahali-iphone-17-ni-teqdim-ede-biler