main-post-cover

    iPhone 16 seriyasının yeni maket görüntüləri ortaya çıxıb: Deyəsən, Pro modellərinin dizaynı bir daha dəyişməz olaraq qalacaq!

    Cihazlar+
    04.04.2024
    Aslan Aslanov
         iPhone 16 seriyası, son zamanlar mümkün dəyişikliklərdən bəhs edən çoxsaylı sızmalar və şayiələr ilə sosial medianın gündəminə çevrilməyə davam edir. İndi isə sızdırılmış maket görüntüləri iPhone 16 seriyasının dizaynı ilə bağlı yeni fikirləri ortaya çıxarıb.
         Belə ki, Sonny Dixon tərəfindən X (keçmiş Twitter) platformasında paylaşılan şəkillər iPhone 16 seriyasının hər dörd modelinin də dizaynını açıq-aşkar ortaya qoyur. Gözlənildiyi kimi, dizayn əvvəlki iPhone 15 seriyası ilə müqayisədə nəzərəçarpacaq dərəcədə dəyişib.
         Fotolardan da göründüyü kimi iPhone 16 və iPhone 16 Plus modelləri üçün əhəmiyyətli dəyişikliklərin olacağı və bu modellərin kamera quruluşunun diaqonal şəkildə deyil, şaquli formada yerləşdiriləcəyi gözlənilir. Bu dəyişikliyin səbəbi isə Vision Pro üçün məkan video yazma imkanlarını mümkün hala gətirməkdir. Bundan əlavə, əvvəllər Pro iPhone modelləri üçün eksklüziv olan "Action Button" düyməsinin indi bütün iPhone 16-larda olacağı görünür. Həmçinin yeni "Capture" düyməsi hər 4 modelin də sağ tərəfində yer alacaq. Məlumatlara görə, "Capture" düyməsi jest əsaslı böyütmələrə nəzarət etmək üçün tutumlu səthə malik mexaniki dizayna malik olacaq.
         Görüntülərdəki maketlər həmçinin iPhone 16 Pro və Pro Max-ın digər modellərdən bir qədər böyük olacağını göstərir. Təsdiqlənməmiş olsa da, Pro modellərinin ekran ölçüsündə cüzi artım görə biləcəyi, Pro və Pro Max ölçülərinin isə müvafiq olaraq 6,3 düym və 6,9 düym olacağı iddia edilir.
         Apple-ın iPhone 16 seriyasını hər zaman olduğu kimi sentyabr ayında təqdim etməsi gözlənilir. Hər hansı sızma və şayiələrdə olduğu kimi, bu detalların hələ təsdiqlənmədiyini və rəsmi açıqlamadan əvvəl dəyişə biləcəyini xatırlamaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 6 Plus smartfonu Apple şirkətinin köhnəlmiş cihazlar siyahısına daxil edilib
    iphone-6-plus-smartfonu-apple-sirketinin-kohnelmis-cihazlar-siyahisina-daxil-edilib
    Növbəti iPhone SE-nin keys fotoları təqdim edilib
    novbeti-iphone-se-nin-keys-fotolari-teqdim-edilib
    iPhone 16 Pro və iPhone 16 Pro Max bir qədər yenilənmiş titan gövdəni əldə edəcəklər
    iphone-16-pro-ve-iphone-16-pro-max-bir-qeder-yenilenmis-titan-govdeni-elde-edecekler
    İrlandiyada 750.000 dollar dəyərində saxta Apple məhsulları ələ keçirilib!
    irlandiyada-750000-dollar-deyerinde-saxta-apple-mehsullari-ele-kecirilib
    iPhone 16 ilə iPhone 16 Plus üçün nəzərdə tutulmuş keyslərin fotosu ortaya çıxıb
    iphone-16-ile-iphone-16-plus-ucun-nezerde-tutulmus-keyslerin-fotosu-ortaya-cixib