Logo
    main-post-cover

    iPhone 16 smartfonları barəsində məlumatlar verilib

    Cihazlar+
    16.10.2023
    Emil
         iPhone 15 smartfonlarının yenicə satışa çıxmalarına baxmayaraq internetdə artıq iPhone 16 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Məşhur analitik Jeff Pu gələn il təqdim olunacaq iPhone 16 modelləri barəsində məlumatlar verib. Onun sözlərinə əsasən əsas dəyişikliklər məhz iPhone 16 Pro iPhone 16 Pro Max-da reallaşdırılacaq. Məlumatda qeyd edilib ki, sözügedən iPhone 16 modelləri Wi-Fi 7 dəstəyinə sahib olacaqlar və yeni 5G modem ilə təchiz olunacaqlar.
         Bəzi məlumatlara əsasən söhbət, Snapdragon X75 adlı 5G modemdən gedir. Bundan əlavə olaraq iPhone 16 Pro modelləri yeni ultra geniş bucaqlı kameranı əldə edəcəklər. Belə ki, sözügedən kameranın iPhone 16 Pro modellərində 48 MP olacağı gözlənilir. Jeff Pu bildirib ki, iPhone 16 Pro modellərinin ölçüləri də böyüyəcək. Bu isə öz növbəsində smartfonlardakı ekran ölçüsünün böyüməsi ilə əlaqəli olacaq.
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, iPhone 16 Pro modeli 6.3 düym, iPhone 16 Pro Max modeli isə 6.9 düym ekranla təchiz olunacaq. Analitikin sözlərinə əsasən iPhone 16 Pro modellərində RAM yaddaşı artmayacaq və iPhone 15 Pro modellərində olduğu kimi 8 GB təşkil edəcək. iPhone 16 və iPhone 16 Plus modellərinə gəldikdə isə onlar Wi-Fi 6E dəstəyini, 8 GB RAM-ı və Apple A17 prosessorunu əldə edəcəklər.
    Paylaş