
iPhone 16 smartfonları əlavə fiziki düyməyə sahib ola bilərlər
iPhone 16 smartfon seriyasının gələn il təqdim olunacağına baxmayaraq artıq indidən zaman-zaman bu seriya barəsində məlumatlar ortaya çıxırlar. Macrumors saytının vermiş olduğu yeni məlumata əsasən iPhone 16 smartfonları əlavə fiziki düyməyə sahib olacaqlar. Mənbələr əlavə fiziki düyməni "Capture Button" adlandırırlar. Lakin onun nə üçün nəzərdə tutulduğu hələ məlum deyil. Məlumata əsasən sözügedən əlavə düymə smartfonun sağ hissəsində yerləşəcək yandırıb/söndürmə düyməsindən aşağı hissədə yerləşəcək. Macrumors-un sözlərinə əsasən "Capture Button" düyməsi bütün iPhone 16 modellərində reallaşdırılacaq. Məlumatda qeyd edilib ki, səsin tənzimlənməsi düymələri ilə yandırıb/söndürmə düyməsində heç bir dəyişiklik olmayacaq.
Paylaş