Logo
    main-post-cover

    iPhone 16 smartfonları maksimum 39 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər

    Cihazlar+
    13.09.2024
    Emil
         Dünən məlumat ortaya çıxdı ki, bu həftənin əvvəlində təqdim edilmiş bütün iPhone 16 modelləri 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyirlər. Lakin praktiki cəhətdən hər şey tamamilə fərqlidir. Belə ki, Ice Universe ləqəbli mşhur insayderin sözlərinə əsasən iPhone 16 smartfonlarının aparılmış praktiki testləri sayəsində məlum olub ki, onlar maksimum 45 vatt gücündə deyil, 39 vatt gücündə şarj texnologiyasını dəstəkləyirlər.
          Beləliklə smartfonlar 45 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləmə potensialına sahib olsalar da, onlarda bu imkan 40 vatt sərhədində məhdudlaşdırılıb. Buna baxmayaraq hətta bu da daha əvvəlki iPhone modelləri ilə müqayisədə irəliləyiş hesab edilir. Belə ki, daha öncəki iPhone modelləri maksimum 29 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib ola bilirdilər.
    Paylaş