Logo
    main-post-cover

    iPhone 16 smartfonları Wi-Fi 7 dəstəyinə sahib ola bilərlər

    Cihazlar+
    20.06.2023
        Ming-Chi Kuo adlı məşhur analitikin verdiyi məlumata əsasən gələn il təqdim olunacaq iPhone 16 smartfon seriyası böyük ehtimal ilə Wi-Fi 7 dəstəyini əldə edəcək. Bu, ilk növbədə iPhone 16 smartfonlarının Apple Vision Pro qarışıq reallıq cihazı ilə daha yaxşı şəkildə çalışmaları üçün ediləcək. “iPhone 16 smartfon seriyası böyük ehtimal ilə Wi-Fi 7 dəstəyini əldə edəcək. Bu, Apple şirkətinin bir lokal şəbəkə çərçivəsində çalışan hardware məhsullarının daha yaxşı inteqrasiyası üçün ediləcək. Bununla yanaşı bu, ekosistem ilə daha yaxşı qarşılıqlı əlaqə təcrübəsini mümkün edəcək” - deyə analitik qeyd edib. Wi-Fi 7 AR VR üçün yeni imkanlar açır. İstifadəçilər bu texnologiyadakı yüksək sürət sayəsində AR və VR mühitdə tamamilə yeni istifadəçi təcrübəsini əldə edə biləcəklər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    iPhone 16 smartfonları Wi-Fi 7 dəstəyinə sahib ola bilərlər | Technote