main-post-cover

    iPhone 16 üçün olan keys video vasitəsilə sərgilənib

    Cihazlar+
    25.06.2024
    Emil Nəcəfov
         iPhone 16 smartfon seriyasının təqdimatına 3 aydan bir qədər az müddət qalıb. Bu səbəbdən də smartfonlar üçün keyslərin istehsalı ilə məşğul olan şirkətlər artıq iPhone 16 modelləri üçün məhsullarını satışa çıxartmağa hazırlaşırlar. Ice Universe ləqəbli məşhur insayder öz növbəsində iPhone 16 seriyasının modellərindən biri üçün nəzərdə tutulmuş bu cür keyslərdən birini video vasitəsilə sərgiləyib. Təqdim edilmiş videoda çox güman ki, adi iPhone 16 üçün nəzərdə tutulmuş keys əks olunub. Videoya əsasən söyləmək olar ki, iPhone 16-nın xarici görünüşündə olacaq əsas dəyişiklik yandırıb/söndürmə düyməsi tərəfdəki Capture button adlı yeni fiziki düymə olacaq. Bəzi məlumatlara əsasən istifadəçi sözügedən yeni düyməyə müxtəlif əməliyyatları təyin edə biləcək. Bununla yanaşı keysdən də görmək olar ki, iPhone 16-da arxa kameralar şaquli vəziyyətdə yerləşəcəklər.
    View post on X
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple, iPhone istehsalında artıq daha az insan əməyindən istifadə edəcək!
    apple-iphone-istehsalinda-artiq-daha-az-insan-emeyinden-istifade-edecek
    Apple şirkəti, qaydaları pozduğuna görə, yenidən Avropada mühakimə olunur!
    apple-sirketi-qaydalari-pozduguna-gore-bir-daha-avropada-muhakime-olunur
    iPhone 16 Pro modelləri təkmilləşdirilmiş ultra geniş bucaqlı kameranı əldə edəcəklər
    iphone-16-pro-modelleri-tekmille
    Gələcək iPhone-larda fərdi şəkildə dəyişdirilə bilən arxa panellər imkanı reallaşdırıla bilər
    gelecek-iphone-larda-ferdi-sekilde-deyisdirile-bilen-arxa-paneller-imkani-reallasdirila-biler
    Apple Vision Pro-nun ikinci nəsli və sadələşdirilmiş versiyası üzərində çalışır
    apple-vision-pro-nun-ikinci-nesli-ve-sadelesdirilmis-versiyasi-uzerinde-calisir