Logo
    main-post-cover

    iPhone 16 və iPhone 16 Plus smartfonları daha böyük həcmli RAM-a sahib olacaqlar

    Cihazlar+
    15.01.2024
    Emil
         Bu il təqdim olunacaq iPhone 16 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Jeff Pu adlı məşhur çinli insayderin sözlərinə əsasən bu il təqdim olunacaq iPhone 16 və iPhone 16 Plus smartfonları daha böyük həcmli RAM yaddaşını əldə edəcəklər. İnsayder bildirib ki, iPhone 16 və iPhone 16 Plus smartfonları 6 GB əvəzinə 8 GB RAM ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan iPhone 15 seriyasında 8 GB RAM-a yalnız iPhone 15 Pro iPhone 15 Pro Max modelləri sahibdirlər. Bununla yanaşı insayder bildirib ki, iPhone 16 və iPhone 16 Plus modelləri üstəlik Wi-Fi 6E dəstəyinə də sahib olacaqlar. iPhone 16 smartfon seriyasının bu ilin sentyabr ayında təqdim olunacağı gözlənilir.
    Paylaş