main-post-cover

    iPhone 16, yeni rəng seçimi ilə canlı olaraq görüntülənib! (VİDEO)

    Cihazlar+
    29.08.2024
    Farid Pardashunas

         Apple, önümüzdəki həftələrdə yeni iPhone 16 seriyasını təqdim edəcək. Təqdimatdan əvvəl qutu açılışı videosunda iPhone 16 Pro Max, Desert Titanium adlı yeni rəngilə görüntülənib.

         iPhone 16 Pro Max-ın qutu açılışı videosuda telefonun bir müddətdir qeyd edilən Desert Titanium rəngini görürük. Bu, iPhone 5s-in Qızılı rənginin daha tünd çalarlarına bənzəyir. Videoda həmçinin bəzi kamera xüsusiyyətlərinə asanlıqla daxil olmaq üçün istifadə olunacağı söylənilən "Capture" düyməsini də görürük. Əlavə olaraq, videoda qutu aydın görünsə də, telefonun ekranı göstərilmədiyi üçün smartfonun dummy modelinin də ola biləcəyi ehtimal edilir. Yeri gəlmişkən, Desert Titanium rəng seçiminin 16 Pro Max üçün eksklüziv ola biləcəyi deyilir.
         Başqa bir videoda qara iPhone 16-nı görürük. Rəngi ​​tünd qara olmasa da, daha çox tutqun örtüklü metal (tünd boz) rəngə bənzəyir. Rəngdən başqa, yeni şaquli kamera tərtibatı da diqqəti cəlb edir. Deyilənə görə, Apple bu dizaynı məkan videosu çəkilişi (eyni vaxtda hər iki kameradan çəkiliş) üçün hazırlayıb.
    View post on X
         iPhone 16 seriyası keçən il olduğu kimi dörd modeldən ibarətdir: iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro və iPhone 16 Pro MaxSentyabrın 9-da saat 20:00-da başlayacaq tədbirdə Apple, yeni iPhone modellərini təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone istifadəçiləri, bir toxunuşla şəkillərdəki arzuolunmaz obyektləri silə biləcəklər! (VİDEO)
    iphone-istifadecileri-bir-toxunusla-sekillerdeki-arzuolunmaz-obyektleri-sile-bilecekler-video
    Apple robotlaşdırılmış cihazlar üçün yeni nəsil süni zəka köməkçisi üzərində çalışır
    apple-robotlasdirilmis-cihazlar-ucun-yeni-nesil-suni-zeka-komekcisi-uzerinde-calisir
    Apple gələn ay yeni iPad mini planşetini təqdim edə bilər
    apple-gelen-ay-yeni-ipad-mini-plansetini-teqdim-ede-biler
    iPhone 16-nın təqdimatı rəsmi şəkildə elan edilib
    iphone-16-nin-teqdimati-resmi-sekilde-elan-edilib
    Nəyə görə Apple Vision Pro kütləvi məhsul ola bilmədi?
    neye-gore-apple-vision-pro-kutlevi-mehsul-ola-bilmedi