
iPhone 16e-nin batareya həcmi müəyyən edilib
Apple, iPhone 16e smartfonunun batareya xüsusiyyətlərini təqdimat zamanı ənənəvi olaraq açıqlamayıb. Bunun əvəzinə, şirkət yeni smartfonun digər funksiyalarına daha çox diqqət yetirib. Lakin görünür ki, Apple-ın yeni orta büdcəli modeli son seriyanın Pro və standart versiyalarından daha güclü batareyaya malikdir. Dave Lee adlı mütəxəssis tərəfindən aparılmış testlərə əsasən, iPhone 16e-nin abatareya həcmi təxminən 3961 mAh təşkil edir. Bu göstərici iPhone 16 (3561 mAh) və iPhone 16 Pro (3582 mAh) modellərindən təxminən 10% daha yüksəkdir. Real istifadəni imitasiya edən testlərdə iPhone 16e Apple-ın standart modelindən daha yaxşı nəticə göstərib. Məsələn, Dave Lee, iPhone 16e-nin batareya ömrünü Reddit istifadəsi zamanı Wi-Fi bağlantısı ilə sınaqdan keçirib. Nəticələr belə olub:
- iPhone 16e - 12 saat 54 dəqiqə
- iPhone 16 - 11 saat 17 dəqiqə
- iPhone 16 Pro Max (4685 mAh) - 13 saat 41 dəqiqə.

Tom’s Guide komandası da iPhone 16e-nin batareya testlərini həyata keçirib. Metodologiya fərqlənsə də, nəticələr yeni modelin iPhone 16-dan daha üstün olduğunu göstərib. İcmalda vurğulanır ki, iPhone 16e bir dəfə tam şarj olunduqda gün boyu problemsiz çalışa bilir. Bundan əlavə, Tom’s Guide, iPhone 16e-nin şarj sürətini də sınaqdan keçirib. 0%-dən 57%-ə qədər enerji yığımı üçün 30 dəqiqə vaxt tələb olunub. Bu göstərici iPhone 16 ilə eynidir. Test 30 vatt gücündə adapterlə aparılıb.
Mənbə: Macrumors
Paylaş