Logo
    main-post-cover

    iPhone 16e təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    19.02.2025
    Emil
         Apple rəsmi şəkildə növbəti iPhone modelini təqdim etdi. Söhbət, orta büdcəli iPhone 16e-dən gedir. Daha öncə bu smartfonun iPhone SE 2025 adlanacağı güman edilirdi. Lakin Apple bu dəfə fərqli ada üstünlük verib. Təqdim edilmiş yeni iPhone 16e modeli daha müasir xarici görünüşə və daha yüksək səviyyəli texniki imkanlara sahibdir. Daha öncəki məlumat sızıntılarında da olduğu kimi iPhone 16e modeli xarici görünüşcə iPhone 14-ə bənzəyir. Yeni smartfon yastı gövdə dizaynını əldə edib və onun ekranı üzərində Dynamic Island əvəzinə ənənəvi çıxıntı hissə yerləşib. Smartfon 60 Hz-lik təsvir yenilənməsinə sahib 2532x1170 piksel keyfiyyətli 6.1 düym ölçülü OLED ekranla təchiz olunub.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit, pik parlaqlıq səviyyəsi isə 1200 nit təşkil edir. iPhone 16e modeli Apple A18 prosessoru vasitəsilə çalışır. Qeyd etmək lazımdır ki, eyni prosessor həmçinin adi iPhone 16 modelində də istifadə edilir. Şirkətin sözlərinə əsasən bu prosessor iPhone 11-də istifadə edilən A13 Bionic prosessorundan 80% daha sürətlidir və o, həm standart tapşırıqların həm də intensiv tapşırıqların öhdəsindən gələ bilir. Bura həmçinin Apple Intelligence ekosisteminin süni zəka imkanları da daxildir. A18 prosessoru sayəsində smartfon digər iPhone 16 modellərində olan Apple Intelligence imkanlarının hamısını əldə edib. Bu imkanlara misal olaraq Clean Up, Image Playground, Genmoji, Writing Tools, ChatGPT inteqrasiyasını və s. gətirmək olar.
         iPhone 16e-nin əsas fərqləndirici tərəflərindən biri də odur ki, onda Apple şirkətinin ilk fərdi 5G modemindən istifadə edilir. Sözügedən modem C1 adlanır. Şirkət bildirib ki, bu, indiyənə kimi olmuş iPhone-lara quraşdırılmış mobil modemlər arasında ən enerji effektivli modemdir. iPhone 16 seriyasından iPhone 16e modeli üstəlik Action Button düyməsini də əldə edib. iPhone 16e-nin arxa panelində yalnız bir ədəd kamera yerləşib. Söhbət, f/1.6 diafraqmalı 48 MP-lik kameradan gedir. O, 2  qat zoom-u təmin edir və saniyədə 60 kadr sürətlə 4K videoların çəkiliş imkanını verir. Ön kamera isə smartfonda 12 MP-likdir. Smartfon 128/256/512 GB daxili yaddaş versiyalarında təqdim edilib. Üstəlik iPhone 16e özündə Lightning girişi əvəzinə USB-C girişini birləşdirir. iPhone 16e smartfonu 28 fevral tarixində satışa çıxacaq və onun qiyməti 599$-dan start götürəcək.
    Mənbə: Apple
    Paylaş
    Bənzər xəbərlər
    bu-gun-teqdim-olunacaq-yeni-iphone-modeli-iphone-16e-adlana-biler
    Cihazlar+

    Bu gün təqdim olunacaq yeni iPhone modeli iPhone 16E adlana bilər

    Apple şirkəti artıq bugün yeni orta büdcəli iPhone modelini təqdim edəcək. Söhbət, növbəti iPhone SE modelindən gedir. Lakin ehtimal var ki, şirkətin təqdim edəcəyi növbəti orta büdcəli iPhone modeli heç də iPhone SE adını əldə etməsin.
    meshur-insayder-nazik-govdeli-iphone-17-air-in-xarici-gorunusunu-sergileyib
    Cihazlar+

    Məşhur insayder nazik gövdəli iPhone 17 Air-in xarici görünüşünü sərgiləyib

    Apple bu ilin ikinci yarısında iPhone 17 seriyasını təqdim edəcək. Artıq bir neçə ay ərzində ortaya çıxmış məlumatlara əsasən bu seriyaya daxil olacaq modellərdən biri də nazik gövdəli iPhone 17 Air olacaq.
    iphone-17-air-qoruyucu-keysinin-cad-render-fotosu-teqdim-edilib
    Cihazlar+

    iPhone 17 Air qoruyucu keysinin CAD render fotosu təqdim edilib

    İnternetdə iPhone 17 seriyası ilə bağlı yeni sızıntılar yayılmağa davam edir və bu dəfə iPhone 17 Air modeli üçün hazırlanmış qoruyucu keysin render görüntüsü ortaya çıxıb.
    statistika-alicilarin-coxu-premium-smartfonlara-ustunluk-vermeye-baslayib
    Cihazlar+

    Statistika: Alıcıların çoxu premium smartfonlara üstünlük verməyə başlayıb

    2024-cü ildə dünya üzrə satılmış smartfonların təxminən 25%-i 600$ və daha yüksək orta topdan satış qiymətinə malik olub. Counterpoint Research-ün yeni məlumatları göstərir ki, premium cihazlara tələbat artır və getdikcə daha çox insan bahalı smartfonlar almağa üstünlük verir.
    apple-m5-prosessorlu-macbook-pro-bu-ilin-ikinci-yarisi-ucun-gozlenilir
    Cihazlar+

    Apple M5 prosessorlu MacBook Pro bu ilin ikinci yarısı üçün gözlənilir

    Apple bu ilin ikinci yarısında növbəti nəsil Apple M5 çipi ilə təchiz olunmuş MacBook Pro noutbukunu təqdim edəcək. Daha sonra isə 2026-cı ilin birinci yarısında bu prosessor yenilənmiş iPad Pro planşetlərində də yer alacaq.