iPhone 17 Air-in gövdəsi gözlənildiyi kimi nazik olmaya bilər
Cihazlar+
14.11.2024
Emil Nəcəfov
Son həftələr ərzində ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti gələn il iPhone 17 smartfon seriyası çərçivəsində nazik gövdəli iPhone 17 Air modelini təqdim edəcək. Bu modelin iPhone 17 Plus-ı əvəz edəcəyi gözlənilir. Lakin ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti iPhone 17 Air-in hazırlanması prosesində çətinliklərlə qarşılaşıb. Məlumatda qeyd edilib ki, şirkət sözügedən smartfonda gövdə qalınlığının 7 mm göstəricidə məhdudlaşdırılması üçün ilkin mərhələdə yüksək sıxlıqlı batareyadan istifadə etməyi planlaşdırırdı. Nəticədə bu smartfon iPhone 6-nın zamanından ən nazik iPhone modeli ola bilərdi.
Lakin istehsal problemləri ilə yüksək xərclər şirkətin planlarında dəyişikliklər ediblər. Gözləntilərə əsasən iPhone 17 Air modelinin gövdə qalınlığı 7 mm-dən çox olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan iPhone 16 Plus modelinin gövdə qalınlığı 7.8 mm təşkil edir. Beləliklə nəticədə iPhone 17 Air modeli rəqabətə dözümlü olmaya bilər. Bununla belə iPhone 17 Air modeli bəzi yenilikləri təklif etməlidir. Belə ki, gözləntilərə əsasən sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı, yenilənmiş 48 MP-lik əsas arxa kameranı, 24 MP-lik ön kameranı və Apple şirkətinin fərdi 5G modemini əldə etməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Apple Vision Pro-nun büdcəli versiyasında istifadə oluna biləcək ekran növü məlum olub
Apple Vision Pro-nun büdcəli versiyasında istifadə oluna biləcək ekran növü məlum olub
Son aylar ərzində ortaya çıxmış məlumata əsasən Apple şirkəti Vision Pro qarışıq reallıq cihazının büdcəli versiyası üzərində çalışır.
Avropa Birliyi iPadOS-in antimonopoliya tələblərinə uyub-uymadığını yoxlayır
Avropa Birliyi iPadOS-in antimonopoliya tələblərinə uyub-uymadığını yoxlayır
Avropa Birliyinin antimonopoliya orqanları Apple şirkətinin iPadOS əməliyyat sisteminin Avropa Birliyi regionunun böyük texnoloji şirkətlərin təsirlərinin məhdudlaşdırılmasına istiqamətlənmiş qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamağa başlayıb.
Şarj etmək üçün taxılan bir iPhone 14 Pro Max anidən bomba kimi partlayıb!
Şarj etmək üçün taxılan bir iPhone 14 Pro Max anidən bomba kimi partlayıb!
Çində şarjda olan bir iPhone 14 Pro Max qəfil bomba kimi partlayıb. Telefonun sahibi kiçik xəsarət alıb və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Növbəti iPad Air, iMac və Studio Display üçün yeni növ ekran hazırlanır
Növbəti iPad Air, iMac və Studio Display üçün yeni növ ekran hazırlanır
İnsayderlərin vermiş olduqları məlumata əsasən Apple şirkəti növbəti iPad Air, iMac və Studio Display modellərinin əldə edəcəkləri yeni növ ekran üzərində çalışır.
Apple smart eynək mövzusunda şirkət daxili araşdırma aparır
Apple smart eynək mövzusunda şirkət daxili araşdırma aparır
Apple şirkəti bu ilin fevral ayında Vision Pro adlı qarışıq reallıq cihazını satışa çıxartdı. Lakin şirkət Vision Pro-nun satışları ilə bağlı problemlər yaşayır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!