iPhone 17 Air-in hansı dərəcədə nazik gövdəyə sahib olacağı sərgilənib
Cihazlar+
21.01.2025
Emil
Son aylar ərzində ortada gəzən məlumatlara əsasən Apple şirkətinin bu ilin ikinci yarısında təqdim edəcəyi iPhone 17 seriyasına iPhone 17 Air adlı nazik gövdəli model daxil olacaq. Gözləntilərə əsasən iPhone 17 Air modeli iPhone 17 Plus modelini əvəz edəcək. iPhone 17 Air-in nazik gövdəyə sahib olacağı məlum olsa da bu nazikliyin hansı dərəcədə olacağı aydın deyil. Bəzi mənbələrdə smartfon gövdəsinin qalınlığının 6 mm təşkil edəcəyi qeyd edilir. Lakin bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, iPhone 17 Air-in gövdə qalınlığı 5.5 mm təşkil edəcək. 2014-cü ildə satışa çıxdığı zaman iPhone 6 smartfonu Apple tarixinin ən nazik gövdəli smartfonu hesab edilirdi.
Belə ki, onun gövdə qalınlığı 6 mm təşkil edirdi. Lakin görünür, iPhone 17 Air modeli bu rekordu yeniləməyə hədəflənib. Keçən ilin may ayında təqdim edilmiş 12.9 düym ekranlı iPad Pro planşetinin gövdə qalınlığı 5.1 mm təşkil edir və o, Apple şirkətinin ən nazik gövdəli cihazıdır. iPhone 17 Air isə şirkətin ikinci ən nazik gövdəli cihazı olmağa iddialıdır. iPhone 17 Air modelinin gövdə qalınlığının 5.5 mm təşkil edəcəyi halda onun iPhone 16 Pro Max-dan nə dərəcədə nazik olacağı sərgilənib. Qeyd etmək lazımdır ki, iPhone 16 Pro Max-ın gövdə qalınlığı 6.25 mm təşkil edir. Gözləntilərə əsasən iPhone 17 Air smartfonu 6.6 düym ölçülü ekranı və 48 MP-lik bir ədəd arxa kameranı əldə edəcək.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Apple iPhone-da Face ID-nin ekranın alt hissəsinə yerləşdirilmə üsulunu tapıb
Apple tərəfindən son zamanlarda əldə edilmilş bir neçə patentə əsasən şirkət iPhone ekranlarındakı Dynamic Island çıxıntısının ölçüsünü maksimal dərəcədə kiçiltmək istəyir.
Cihazlar+
Növbəti iPhone SE-nin maketlərinin fotoları təqdim edilib
Artıq bir neçə aydır ki, mütəmadi şəkildə növbəti iPhone SE barəsində müxtəlif məlumatlar ortaya çıxır. Bu smartfonun bu ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
Cihazlar+
iPhone 17 Air və Galaxy S25 Slim kiçik həcmli batareyaya sahib ola bilərlər
Samsung-un 22 yanvar tarixində təqdim edəcəyi Galaxy S25 smartfon seriyasına nazik gövdəli Galaxy S25 Slim modeli daxil olacaq. Üstəlik son məlumat sızıntılarına əsasən Apple şirkəti də bu ilin ikinci yarısında öz nazik gövdəli smartfonunu təqdim edəcək.
Cihazlar+
iPad Air 2025 planşetinin hansı prosessoru əldə edə biləcəyi açıqlanıb
Apple şirkəti bu il ərzində növbəti iPad Air planşetini təqdim etməlidir. Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində növbəti iPad Air planşeti barəsində təfərrüatları təqdim edib.
Cihazlar+
Apple bu il növbəti Watch SE smart saatını təqdim edəcək
Hər il olduğu kimi bu il də Apple şirkətindən bir çox yenilik gözlənilir. Onların arasında yeni iPhone smartfonları, iPad planşetləri, Apple Watch smart saatları, MacBook noutbukları və s. olacaq.
Ən çox oxunanlar