
iPhone 17 Air (iPhone 17 Slim) bir qədər fərqli dizaynı əldə edə bilər
Cihazlar+
21.11.2024
Emil
Apple gələn il iPhone 17 smartfon seriyasını təqdim edəcək. Son məlumat sızıntılarına əsasən bu smartfon seriyasına iPhone 17 Air (iPhone 17 Slim) adlı nazik gövdəli model daxil olacaq və o, iPhone 17 Plus modelini əvəzləyəcək. Ortaya çıxmış yeni məlumata əsasən isə Apple şirkəti iPhone 17 Air modeli üçün bir qədər fərqli dizaynı planlaşdırır. Belə ki, məlumatda qeyd edilib ki, iPhone 17 Air smartfonu arxa panelin mərkəzi hissəsində bir ədəd kamera ilə təchiz oluna bilər.
Söhbət, özündə 48 MP-lik ultra geniş bucaqlı kameranın və iki ədəd telekameranın funksiyalarını birləşdirəcək bir ədəd kameradan gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi iPhone və iPhone Plus modellərində ikili arxa kamera sistemindən istifadə edilir. Məlumata əsasən iPhone 17 Air-də bir ədəd arxa kamera arxa panelin mərkəzində yerləşə bilər. Bu isə smartfona unikal xarici görünüşü bəxş edəcək. Adi iPhone 17-nin isə özündə ikili arxa kameranı qoruyub saxlayacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
