Logo
    main-post-cover

    iPhone 17 Air olduqca nazik ekranı əldə edəcək

    Cihazlar+
    07.10.2024
    Emil
         Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Apple şirkətinin gələn il təqdim edəcəyi iPhone 17 smartfon seriyasına iPhone 17 Air adlı nazik gövdəli yeni model daxil olacaq. Ortaya çıxmış yeni məlumata əsasən isə Apple bu yeni smartfonun gövdəsinin nazik olmasını təmin edəcək şirkəti artıq seçib. Məlumatda qeyd edilib ki, Apple bu istiqamətdə Tayvanın Novatek adlı şirkəti ilə əməkdaşlıq edəcək.
         Ekran drayverlərinin istehsalı sahəsində fəaliyyət göstərən bu şirkət 2025-ci ilin ikinci rübündə özünün OLED TDDI texnologiyasının kütləvi istehsalına start verəcək. Bu isə öz növbəsində gələcək iPhone-lar üçün olduqca nazik ekranların hazırlanmasında vacib addım olmalıdır. Apple ilə Novatek arasında əməkdaşlığa dair hələ heç bir rəsmi məlumat yoxdur. Gözləntilərə əsasən iPhone 17 Air modeli yay fəslinin əvvəlində təqdim edilmiş iPad Pro 2024 planşeti qədər nazik olacaq. Belə ki, OLED TDDI texnologiyası olduqca nazik ekranların istifadəsini mümkün edir.
    Paylaş