Logo
    main-post-cover

    iPhone 17 Air qoruyucu keysinin CAD render fotosu təqdim edilib

    Cihazlar+
    18.02.2025
    Emil
         İnternetdə iPhone 17 seriyası ilə bağlı yeni sızıntılar yayılmağa davam edir və bu dəfə iPhone 17 Air modeli üçün hazırlanmış qoruyucu keysin CAD render görüntüsü ortaya çıxıb. Bu sızma iPhone seriyasına yeni bir modelin əlavə olunacağı ilə bağlı şayiələri təsdiqləyir. Majin Bu ləqəbli məşhur insayder, X (keçmiş Twitter) sosial şəbəkəsində keysin fotosunu paylaşaraq yeni dizayn haqqında məlumatlar verib. Görüntüdə əsas kamera modulunun oval formalı kamera sahəsində yerləşəcəyi görünür. Bu isə Pixel 9 seriyasının dizaynına bənzəyir.
         Keysin alt hissəsində USB Type-C girişi və yeni dizayna malik iki mikrofon və səsgücləndirici qəfəsi yerləşir. Sağ tərəfdə 3 fiziki düymə mövcuddur. Əvvəlki şayiələrə görə, iPhone 17 Air smartfonu 6.6 düym ölçülü ekranla təchiz olunacaq, A19 prosessoru vasitəsilə çalışacaq, 8 GB RAM-ı əldə edəcək və təxminən 3000-3500 mAh enerji tutumlu batareyaya sahib olacaq. Bununla yanaşı iPhone 17 Air-də fiziki SIM kart girişinin olmayacağı gözlənilir. Qeyd etmək lazımdır ki, sözügedən iPhone modeli öz nazik gövdəsi ilə seçilməlidir. Son məlumat sızıntılarına inansaq, iPhone 17 Air-in gövdə qalınlığı 5.5 mm təşkil edəcək.
    Mənbə: Majin Bu
    Paylaş