Logo
    main-post-cover

    iPhone 17 Air smartfonu iPhone 16 Pro-dan daha nazik olacaq

    Cihazlar+
    09.12.2024
    Emil
         Son zamanlarda ortaya çıxmış məlumata əsasən Apple şirkəti gələn il iPhone 17 Air smartfonunu təqdim edəcək. Gözləntilərə əsasən bu smartfon iPhone 17 seriyasında iPhone 17 Plus modelini əvəzləməli və olduqca nazik gövdəyə sahib olmalıdır. İndi isə Bloomberg saytının məşhur insayderi Mark Gurman gələn il təqdimatı gözlənilən iPhone 17 Air modelinin gövdə qalınlığı barəsində məlumat verib.
         Beləliklə onun sözlərinə əsasən iPhone 17 Air modelinin gövdəsi iPhone 16 Pro-nun gövdəsindən 2 mm daha nazik olacaq. Qeyd etmək lazımdır ki, rəsmi məlumata əsasən iPhone 16 Pro-nun gövdə qalınlığı 8.25 mm təşkil edir. Bu isə o deməkdir ki, iPhone 17 Air modelinin gövdə qalınlığı 6.25 mm təşkil edəcək. Bundan əlavə olaraq iPhone 17 Air-in 6.6 düym ölçülü OLED ekranla təchiz olunacağı, Apple A19 prosessoru vasitəsilə çalışacağı və 48 MP-lik əsas arxa kameraya sahib olacağı gözlənilir.
    Paylaş