
iPhone 17 Air və Galaxy S25 Slim kiçik həcmli batareyaya sahib ola bilərlər
Cihazlar+
16.01.2025
Emil
Samsung-un 22 yanvar tarixində təqdim edəcəyi Galaxy S25 smartfon seriyasına nazik gövdəli Galaxy S25 Slim modeli daxil olacaq. Üstəlik son məlumat sızıntılarına əsasən Apple şirkəti də bu ilin ikinci yarısında öz nazik gövdəli smartfonunu təqdim edəcək. Söhbət, iPhone 17 Air-dən gedir. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən sözügedən smartfonlarda nazik gövdə dizaynının əldə edilməsi məqsədi öz növbəsində onlara böyük həcmli batareyaların quraşdırılmasını qeyri-mümkün edəcək.
Məlumatda qeyd edilib ki, Samsung Galaxy S25 Slim və iPhone 17 Air smartfonlarında gövdə qalınlığı 5 mm-dən 6.9 mm-ə kimi təşkil edəcək. Bu cür nazik gövdə daxilinə isə böyük ehtimal ilə böyük həcmli batareyanı yerləşdirmək mümkün olmayacaq. İnsayderin fikrincə bu smartfonlarda batareya həcmi maksimum 3000-4000 mAh təşkil edə bilər. Belə nazik gövdəli smartfonlarda batareya həcminin aşağı olması isə məcburi addımdır. Belə ki, sözügedən smartfonlarda qızma probleminin aradan qaldırılması və onların stabil şəkildə çalışmalarının təmin olunması lazımdır.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
