
iPhone 17 Apple tarixində Çindən kənarda istehsal ediləcək ilk smartfon ola bilər
Apple şirkəti iPhone istehsalını aktiv şəkildə Çindən Hindistana köçürməyə başlayacaq. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən iPhone 17 Apple tarixində Çindən kənarda hazırlanacaq ilk smartfon olacaq. Onu da qeyd etmək lazımdır ki, hazırlanma dedikdə böyük ehtimal ilə söhbət, istehsalat proseslərinin hazırlanmasından gedir. Analitikin sözlərinə əsasən sözügedən prosesə 2024-cü ilin ikinci yarısında start veriləcək. Smartfonun özü isə 2025-ci ildə satışa çıxacaq. Məlumata əsasən Hindistanda məhz adi iPhone 17-nin istehsal edilməsi qərarının səbəbi sözügedən modelin nisbətən daha asan hazırlanma prosesindədir. Əgər hər şey plana əsasən getsə gələn il Hindistanda istehsal ediləcək iPhone-nun pay göstəricisi 20-25%-ə yüksələcək.
Paylaş