Logo
    main-post-cover

    iPhone 17-də dizayn dəyişir: Plus əvəzinə Slim modeli olacaq!

    Cihazlar+
    06.05.2024
    Farid

         Son hesabata görə, iPhone-larda gözlənilən dizayn dəyişiklikləri iPhone 17 seriyasında olacaq. Bundan əlavə, Apple-ın Plus modelini əvəz edən iPhone 17 Slim-i təqdim edəcəyi də bildirilir.

         Analitik Jeff Pu, iPhone 17-də dizayn dəyişikliyi olacağını və Apple-ın gələn il "Plus" modeli yerinə yeni "iPhone 17 Slim" modelini təqdim edəcəyini söyləyir. Dizayn baxımından iPhone 17, iPhone 17 Slim və iPhone 17 Pro fərqli bir alüminium dizayna sahib olacaq. Titan dizaynı isə iPhone 17 Pro Max modelində davam edəcək. iPhone 17 Pro Max yaxınlıq sensoru üçün yeni metalens texnologiyasına sahib olacaq. Bu, isə öz növbəsində dinamik adanı daha kiçik ölçülü vəziyyətə gətirəcək. Digər modellər isə hazırkı dizayn dəstxətini qoruyacaq. Metalens texnologiyası həmçinin Apple-a Face ID sensorunun ölçüsünü əhəmiyyətli dərəcədə azaltmağa kömək edə bilər.
         Yeni iPhone 17 Slim modelinin Plus-ı əvəz edəcəyi və adından da göründüyü kimi incə dizayn təqdim edəcəyi bildirilir. Apple-ın iPhone 17 Slim modelində incə dizayndan başqa hansı dəyişiklikləri təklif edəcəyi hələlik bəlli deyil.
         Performans və spesifikasiyalar baxımından iPhone 17 və 17 Slim, 8 GB RAM, A18 və ya A19 prosessoru ilə gələcək. iPhone 17 Pro və 17 Pro Max isə 12 GB RAM və A19 Pro çipi ilə gələcək. Hazırda iPhone 15 və 15 Plus-da 6 GB RAM, iPhone 15 Pro və 15 Pro Max-da isə 8 GB RAM var. iPhone 17 seriyası 24 MP ön kameraya sahib olacaq. Hal-hazırda iPhone-larda 12 MP ön kamera var.
         Apple, 2024-cü ilin ilk tədbirini mayın 7-də keçirəcək. Yeni iPad Pro və Air modellərinin və onların aksesuarlarının Let Loose tədbirində təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər
    face-id-texnologiyasi-hansi-nesil-iphone-lardan-baslayaraq-ekranin-alt-hissesine-yerlesdirilecek
    Cihazlar+

    Face ID texnologiyası hansı nəsil iPhone-lardan başlayaraq ekranın alt hissəsinə yerləşdiriləcək?

    Hal-hazırda aktual olan iPhone smartfonlarında Face ID texnologiyası smartfonların ekranları üzərində olan çıxıntı hissəyə inteqrasiya edilir.
    samsung-bezi-iphone-larin-zengli-saati-islemediyi-ucun-apple-i-ele-salmaga-baslayib
    Digər

    Samsung, bəzi iPhone-ların zəngli saatı işləmədiyi üçün Apple-i ələ salmağa başlayıb!

    Ötən günlərdə bəzi iPhone modellərinin iOS 17 yeniləməsindən sonra zəngli saatının işləmədiyi xəbərini sizlərlə bölüşmüşdük. Görünən odur ki, Samsung bu xəbəri eşidər-eşitməz Apple-i ələ salmağa başlayıb.
    google-search-un-safari-brauzerinde-istifadesi-sebebile-google-apple-sirketine-milyardlarla-dollar-vesait-odeyib
    Tech-Biznes

    Google Search-ün Safari brauzerində istifadəsi səbəbilə Google Apple şirkətinə milyardlarla dollar vəsait ödəyib

    Google şirkəti hal-hazırda internet axtarışı sahəsində antimonopoliya məhkəmə prosesində iştirak edir. Şirkət internet axtarışı sahəsində monopoliyaya sahib olmaqda günahlandırılır.
    3-cu-nesil-apple-watch-ultra-da-ciddi-deyisiklikler-olmaya-biler
    Cihazlar+

    3-cü nəsil Apple Watch Ultra-da ciddi dəyişikliklər olmaya bilər

    Apple şirkəti bu il 3-cü nəsil Apple Watch Ultra smart saatını təqdim edə bilər. İndi isə Ming-Chi Kuo adlı məşhur analitik 3-cü nəsil Apple Watch Ultra barəsində bəzi məlumatları təqdim edib.
    ios-175-ile-iphone-lere-temir-xususiyyeti-gelir
    Proqram Təminatı

    iOS 17.5 ilə iPhone-lara təmir xüsusiyyəti gəlir!

    Apple və Apple səlahiyyətli xidmətləri cihazı satın alarkən sizdən "Find My" xüsusiyyətini söndürməyinizi xahiş edir, lakin görünən odur ki, bu iOS 17.5 ilə dəyişəcək. Yeni "Repair State (Təmir Vəziyyəti)" xüsusiyyəti iPhone-un təmir prosesi boyunca "Find My" xüsusiyyətini aktiv saxlayacaq.