
iPhone 17-nin ön kamerası barəsində məlumat verilib
Cihazlar+
07.01.2024
Emil
Apple şirkətinin hələ iPhone 16 smartfon seriyasını təqdim etməməsinə baxmayaraq internetdə artıq iPhone 17 barəsində mnəlumatlar ortaya çıxır. Məşhur analitik Ming-Chi Kuo bu dəfə iPhone 17 smartfon seriyasının sahib olacağı ön kamera barəsində məlumat verib. Onun sözlərinə əsasən 2025-ci ildə təqdim ediləcək iPhone 17 smartfon seriyasında 24 MP-lik ön kameradan istifadə ediləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 11 seriyasından başlayaraq Apple öz smartfonlarını 12 MP-lik ön kamera ilə təchiz edir. Həmçinin bu il təqdim olunacaq iPhone 16 modellərində də 12 MP-lik ön kameranın istifadə ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Tech-Biznes
Microsoft yaxın zamanda ABŞ-ın ən bahalı şirkəti statusunu əldə edə bilər
Microsoft ABŞ-ın ən bahalı şirkəti statusunu özünə geri qaytarmaq yolunda irəliləyir.

Cihazlar+
Sensorlu ekrana sahib Apple HomePod-un fotoları təqdim edilib
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti sensorlu ekrana sahib yeni HomePod səsgücləndiricisi üzərində çalışır.

Cihazlar+
Apple Vision Pro-nun təkmilləşdirilmiş versiyasının sahib olacağı özəlliklərdən biri açıqlanıb
Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının hələ satışa çıxmamasına baxmayaraq internetdə Apple şirkətinin artıq onun daha təkmilləşdirilmiş versiyası üzərində çalışdığı barəsində məlumat ortaya çıxıb.

Cihazlar+
Apple Watch Series 9 və Wacth Ultra 2 smart saatlarının ABŞ-dakı satışları müəyyən müddətlik bərpa edilir
Bir neçə gün bundan öncə Apple şirkətinin Watch Series 9 və Watch Ultra 2 smart saatlarının ABŞ-da satışlarına qadağa qoyuldu.

Cihazlar+
Apple Watch Series 9 ilə Watch Ultra 2-nin ABŞ-da satışları qadağan edildi
21 dekabr tarixində məlum oldu ki, Apple şirkətinin Watch Series 9 və Watch Ultra 2 smart saatlarının ABŞ-da satışları qadağan ediləcək.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
