
iPhone 17 Plus-ın ekranı iPhone 15 Plus-ın ekranından daha kkiçik ola bilər
Cihazlar+
18.04.2024
Farid
Apple şirkəti hələ iPhone 16 smartfon seriyasını təqdim etmədiyi bir vaxtda internetdə artıq iPhone 17 barəsində məlumatlar ortaya çıxmağa başlayır. Bu dəfə məşhur insayder Ross Young gələn il təqdim olunacağı gözlənilən iPhone 17 Plus barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən iPhone 17 Plus smartfonu iPhone 15 Plus-ın ekranından daha kiçik ekranı əldə edəcək. Qeyd etmək lazımdır ki, iPhone 15 Plus modeli 6.7 düym ekranla təchiz olunur. Təəssüflər olsun ki, insayder iPhone 17 Plus-ın ekran ölçüsü barəsində dəqiq bir məlumat verməyib. Smartfon barəsində digər bir məlumat hələ yoxdur.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
