Logo
    main-post-cover

    iPhone 17 Pro modelləri ekranın alt hissəsinə yerləşdirilmiş Face ID-ni əldə etməyəcəklər

    Cihazlar+
    23.09.2024
    Emil
         iPhone 17 seriyasının gələn il təqdim olunacağına baxmayaraq onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Ross Young adlı məşhur insayder daha öncə məlumat vermişdi ki, iPhone 17 Pro modellərində Face ID texnologiyası ekranın alt hissəsinə yerləşdirilə bilər. Lakin indi insayder bildirib ki, bu, baş verməyəcək.
          Qeyd etmək lazımdır ki, Ross Young olduqca nüfuzlu insayderdir və onun Apple məhsulları ilə bağlı proqnozları çox zaman doğru olurlar. Məsələn iPhone 16 Pro modellərində ekran ölçülərinin böyüməsi proqnozunu məhz o vermişdi. İndi isə insayder bildirib ki, iPhone 17 Pro və iPhone 17 Pro Max-da Face ID texnologiyasının ekranın alt hissəsinə yerləşdirilməsi artıq planlaşdırılmır. Apple şirkətinin bu addımı atma səbəbi məlum deyil. Digər tərəfdən iPhone 17 seriyasının təqdimatı hələ 1 ildən sonra baş tutacaq və həmin müddətə kimi hər şey dəyişə bilər.
    Paylaş