
iPhone 17 Pro modelləri şarj mövzusunda vacib bir funksiyanı əldə edə bilərlər
Cihazlar+
21.02.2025
Emil
Instant Digital ləqəbli çinli insayder iPhone 17 Pro seriyası ilə bağlı maraqlı yeniliklər barədə məlumat verib. Onun sözlərinə görə, Apple-ın flaqman modelləri nəhayət, naqilsiz enerji paylaşımı funksiyasına sahib olacaq və bu, onları portativ enerji mənbəyi (powerbank) kimi istifadə etməyə imkan verəcək. İnsayder bildirib ki, iPhone 17 Pro modelləri 7.5 vat gücündə geriyə naqilsiz enerji ötürmə (reverse wireless charging) funksiyası ilə təchiz ediləcək və Apple artıq bu rejimi test edib. iPhone 14 seriyasından bəri bu xüsusiyyətin Apple cihazlarında təqdim ediləcəyi barədə şayiələr yayılsa da, indiyədək reallaşmamışdı.

iPhone 15 və daha yeni modellər Apple Watch və AirPods cihazlarına enerji ötürmək üçün USB Type-C girişindən istifadə edə bilərlər. Lakin bu halda çıxış gücü cəmi 4.5 vat təşkil edir. Daha güclü naqilsiz enerji paylaşımına keçid yalnız prosesi asanlaşdırmaqla kifayətlənməyəcək, həm də aksesuarların daha sürətli enerji yığmasını təmin edəcək, çünki USB naqilindən istifadə zərurəti aradan qalxacaq. Hər zaman olduğu kimi, Apple bu barədə yayılan məlumatlara rəsmi şərh verməyib. iPhone 17 seriyasının təqdimatının bu ilin ikinci yarısında baş tutacağı gözlənilir.
Mənbə: Macrumors
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Nazik gövdəli iPhone 17 Air böyük ölçülü ekranı əldə edə bilər
Bu ilin ikinci yarısında təqdimatı gözlənilən nazik gövdəli iPhone 17 Air daha böyük ölçülü ekrana sahib ola bilər.

Elm & Texnologiya
Apple gələcək iPhone-lar üçün artıq C2 5G modemini test edir
Apple gələcək iPhone modelləri üçün ikinci nəsil C2 modeminin testlərinə başlayıb. Bu məlumatı anonim insayder təqdim edib.

Cihazlar+
iPhone 16e-nın təqdimatı ilə Apple 64 GB-lıq minimal daxili yaddaş həcmi dövrünü sonlandırdı
iPhone 16e-nin təqdimatı ilə Apple rəsmi olaraq 64 GB daxili yaddaş həcminə malik bütün iPhone modellərinin istehsalını dayandırıb. iPhone SE (üçüncü nəsil) bu yaddaş həcmi ilə çıxan son cihaz oldu.

Cihazlar+
iPhone 14, 14 Plus və SE-nin istehsalı dayandırılıb
Dünən Apple tamamilə yeni iPhone 16e modelini təqdim etdi. Bu, şirkətin hazırkı nəsildə ən əlçatan smartfonu hesab olunur. Bu elanla birlikdə Apple-ın rəsmi saytından üç köhnə iPhone modeli birdən yoxa çıxdı, bu da onların istehsalının dayandırıldığını göstərir.

Cihazlar+
iPhone 16e təqdim edilib - QİYMƏTİ
Apple rəsmi şəkildə növbəti iPhone modelini təqdim etdi. Söhbət, orta büdcəli iPhone 16e-dən gedir. Daha öncə bu smartfonun iPhone SE 2025 adlanacağı güman edilirdi. Lakin Apple bu dəfə fərqli ada üstünlük verib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
