
iPhone 17 Pro modellərində əsas diqqət çəkiliş keyfiyyətinin artırılmasına ayrılacaq
Cihazlar+
25.02.2025
Emil
Bloomberg-in məşhur insayderi Mark Gurman, Apple şirkətinin gələcək planları haqqında yeni detallar paylaşmağa davam edir. İnsayder "Power On" adlı həftəlik icmalının son buraxılışında iPhone 17 seriyasının kameralarına dair maraqlı məlumatlar açıqlayıb. İnsayderin sözlərinə əsasən Apple, iPhone 17 Pro və 17 Pro Max modellərinin kameralarını o qədər güclü etmək istəyir ki, videobloqerlər və videoqraflar peşəkar kameralardan imtina edib yalnız bu flaqman smartfonlardan istifadə edə bilsinlər.

Gurman yazır: "2025-ci ildə iPhone seriyasının əsas məqsədlərindən biri videobloqerlər və digər məzmun yaradıcılarını müstəqil kameralardan imtina etdirmək və iPhone-un daha çox işi yerinə yetirməsini təmin etməkdir". O həmçinin bildirib ki, Apple sentyabr ayında yeni iPhone modelləri təqdim edilərkən bu video imkanlarını daha aktiv reklam edəcək. Təəssüf ki, Gurman hələlik Apple-ın konkret olaraq hansı sahələrdə irəliləyiş əldə edəcəyini və iPhone 17 Pro / 17 Pro Max kameralarının videoçəkiliş keyfiyyətlərini necə yaxşılaşdıracağını açıqlamayıb.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Apple 5G modemi öz prosessorlarına inteqrasiya edəcək
Apple modemi birbaşa prosessora inteqrasiya etməyə imkan verəcək bir texnologiya üzərində çalışır. Bu yenilik enerji səmərəliliyini artıracaq və cihazların istehsal xərclərini azaldacaq.

Cihazlar+
Qatlana bilən iPhone-nun istehsal planlarının reallaşdırıması artıq çox yaxındır
Qatlana bilən iPhone-un rəsmi elanına hələ çox var. İndiyə qədər yalnız təxmini buraxılış tarixləri ortaya çıxıb, lakin konkret bir tarix açıqlanmayıb.

Proqram Təminatı
Apple Böyük Britaniyada iCloud-un end-to-end şifrələnməsini deaktiv edib
Apple bildirib ki, Böyük Britaniya hökumətinin tələbi səbəbindən istifadəçilərə Advanced Data Protection (ADP) funksiyasını təqdim edə bilməyəcək.

Cihazlar+
iPhone 17 Pro modelləri şarj mövzusunda vacib bir funksiyanı əldə edə bilərlər
Instant Digital ləqəbli çinli insayder iPhone 17 Pro seriyası ilə bağlı maraqlı yeniliklər barədə məlumat verib.

Cihazlar+
Nazik gövdəli iPhone 17 Air böyük ölçülü ekranı əldə edə bilər
Bu ilin ikinci yarısında təqdimatı gözlənilən nazik gövdəli iPhone 17 Air daha böyük ölçülü ekrana sahib ola bilər.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
