Logo
    main-post-cover

    iPhone 17 Pro-nun arxa kamera dizaynı barəsində məlumat verilib

    Cihazlar+
    19.12.2024
    Emil
         Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, gələn il təqdim olunacaq iPhone 17 Pro smartfonu üfüqi vəziyyətdə yerləşdirilmiş arxa kameralara sahib ola bilər. Lakin ortaya çıxmış yeni məlumatda qeyd edilib ki, iPhone 17 Pro-da belə dizayn dəyişikliyi reallaşdırılmayacaq. Məlumatda qeyd edilib ki, iPhone 17 Pro-nun arxa panelində müəyyən dəyişikliklər olsa da, arxa kameraların yerləşmə dizaynında bir dəyişiklik olmayacaq.
        Beləliklə iPhone 17 Pro smartfonunda arxa kameralar ənənəvi olaraq üçbucaq formasında yerləşəcəklər. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, sözügedən smartfonun arxa panelində kameralar üfüqi şəkildə yerləşdirilmiş oval formalı kamera sahəsinin daxilində mövcud ola bilərlər. Bu halda smartfonun arxa panel dizaynı Google Pixel smartfonlarının arxa panel dizaynlarını xatırladardı.
    Paylaş