
iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
Cihazlar+
25.06.2025
Emil
Apple sentyabr ayında iPhone 17 smartfon seriyasını təqdim etməlidir. Bu səbəbdən sözügedən smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. Daha öncə iPhone 17 modellərinin müxtəlif maket fotoları ortaya çıxmışdı. İndi isə insayderlər seriyaya daxil olacaq iPhone 17 Pro modelinin ən keyfiyyətli fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, iPhone 17 Pro-nun arxa kamera sahəsi bir qədər fərqli görünüşə sahib olacaq. Belə ki, kameralar öz quruluşlarını qoruyub saxlasalar da, düzbucaq formalı xüsusi sahəsinin daxilində yerləşəcəklər.


Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
