Logo
    main-post-cover

    iPhone 17 Pro-nun məlumat sızıntıları əsasında hazırlanmış render fotoları təqdim edilib

    Cihazlar+
    26.12.2024
    Emil
         Mydrivers saytı müxtəlif məlumat sızıntıları əsasında iPhone 17 Pro-nun hazırlanmış render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolar sayəsində bu smartfonun təqribi olaraq necə bir xarici görünüşə sahib olacağını qiymətləndirmək olar. Render fotolardan da görmək olar ki, iPhone 17 Pro-nun ekranı üzərində olan Dynamic Island çıxıntısının ölçüsü bir qədər kiçikdir. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti iPhone 17 Pro modellərinin ekranlarında bu çıxıntının ölçüsünü kiçiltməyi planlaşdırır. Bununla belə sözügedən çıxıntının funksionallığı olduğu kimi qalacaq. Məsələn o, əvvəlki kimi proqram təminatı səviyyəsində genişlənə biləcək. Qeyd etmək lazımdır ki, iPhone 17 smartfon seriyası gələn ilin sentyabr ayında təqdim olunmalıdır.
    Paylaş