
iPhone 17 Pro smartfonları 2 nanometrlik prosessora sahib ilk smartfonlar olacaqlar
Cihazlar+
22.04.2024
Farid
Bir neçə il bundan öncə TSMC şirkəti bildirmişdi ki, o, 2 nanometrlik prosessorların kütləvi istehsalını 2025-ci il üçün planlaşdırır. Ortaya çıxmış yeni məlumata əsasən isə Apple şirkətinin gələn il təqdim edəcəyi iPhone 17 Pro smartfonları TSMC şirkətinin 2 nanometrlik prosessorunu əldə edəcək ilk smartfonlar olacaqlar. Son məlumatlara əsasən TSMC 2 nanometrlik prosessorların 2025-ci ildəki kütləvi istehsalına hazırlıq mərhələsindədir.
Gözləntilərə əsasən Apple həmin prosessorları əldə edəcək ilk şirkət olacaq. Qeyd etmək lazımdır ki, keçən il təqdim olunmuş iPhone 15 Pro və iPhone 15 Pro Max modellərində istifadə edilən A17 Pro prosessoru TSMC-nın 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb və onu ilk əldə etmiş şirkət də məhz Apple oldu. Bundan əlavə olaraq Samsung da gələn il üçün 2 nanometrlik prosessorların istehsalını planlaşdırır. Gözləntilərə əsasən Qualcomm-un gələn il təqdim edəcəyi Snapdragon 8 Gen 5 prosessoru məhz Samsung-un 2 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
