Logo
    main-post-cover

    iPhone 17 Pro smartfonları yeni fiziki düyməni əldə edə bilərlər

    Cihazlar+
    01.10.2024
    Emil
         iPhone 16 smartfonlarının yenicə satışa çıxmalarına baxmayaraq artıq indidən gələn ilki iPhone 17 smartfonları barəsində məlumatlar ortaya çıxır. Ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti gələn ilki iPhone-ların dizaynlarında daha bir dəyişiklik reallaşdıracaq. 2023-cü ildə Apple şirkəti iPhone-larda səssiz rejimə keçid düyməsini Action Button düyməsi ilə əvəzlədi. Bu ilki iPhone-lara isə Camera Control adlı yeni düymə əlavə etdi.
         İnsayderlər bildiriblər ki, gələn il təqdim olunacaq iPhone 17 Pro və iPhone 17 Pro Max modellərində şirkət Action Button düyməsini səsin tənzimlənməsi düymələri ilə birləşdirəcək. Nəticədə bu funksiyalardan bir vahid düymə cavabdeh olacaq. Gözləntilərə əsasən sözügedən vahid düymə çalışma prinsipinə görə Camera Control düyməsini xatırladacaq. Çox güman ki, onun üzərində sürüşdürmə hərəkəti vasitəsilə səsin gücünü tənzimləmək, onun üzərinə klikləməklə isə müxtəlif əməliyyatları işə salmaq mümkün olacaq. Bunun həqiqətən də belə olub-olmayacağı yalnız gələn il bilinəcək.
    Paylaş
    Bənzər xəbərlər
    ogurlanan-yarim-milyon-dollar-deyerindeki-ferrari-airpods-sayesinde-tapilib
    Elm & Texnologiya

    Oğurlanan yarım milyon dollar dəyərindəki bir Ferrari, AirPods sayəsində tapılıb!

    Təxminən yarım milyon dollar dəyəri olan Ferrari, avtomobildəki AirPods qulaqlığı sayəsində tapılıb.
    apple-smart-ev-ucun-nezerde-tutulmus-tamamile-yeni-cihazini-gelen-ilin-birinci-yarisinda-teqdim-ede-biler
    Cihazlar+

    Apple smart ev üçün nəzərdə tutulmuş tamamilə yeni cihazını gələn ilin birinci yarısında təqdim edə bilər

    Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti özü üçün tamamilə fərqli kateqoriyada yeni cihaz üzərində çalışır.
    apple-sirketi-openai-ya-investisiya-yatirmaqdan-imtina-edib
    Tech-Biznes

    Apple şirkəti OpenAI-ya investisiya yatırmaqdan imtina edib

    Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkəti yeni investisiyalar cəlb etməyi planlaşdırır və şirkətin potensial investorları arasında Apple da ola bilər.
    gelecek-airpods-lar-urek-doyuntuleri-tezliyini-olce-ve-urek-xesteliklerini-teyin-ede-bilecekler
    Cihazlar+

    Gələcək AirPods-lar ürək döyüntüləri tezliyini ölçə və ürək xəstəliklərini təyin edə biləcəklər

    Verilmiş məlumata əsasən Apple şirkəti öz qulaqlıqlarının funksionallıqlarını genişləndirmək və onlarda istifadəçi ürəyinin vəziyyətinin monitorinqi imkanını reallaşdırmaq istəyir.
    ikinci-nesil-apple-vision-pro-gelen-il-teqdim-oluna-ve-yeni-prosessor-vasitesile-calisa-biler
    Cihazlar+

    İkinci nəsil Apple Vision Pro gələn il təqdim oluna və yeni prosessor vasitəsilə çalışa bilər

    Apple şirkətinin fevral ayının əvvəlində satışa çıxmış Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR) cihazının satışlarının kütləvi olmamasına baxmayaraq məşhur analitik Ming-Chi Kuo bildirib ki, şirkət artıq Vision Pro 2 üzərində çalışır.