Logo
    main-post-cover

    iPhone 17 Pro və iPhone 17 Pro Max daha uzunömürlü və performanslı ekranları əldə edəcəklər

    Cihazlar+
    04.12.2024
    Emil
          iPhone 17 smartfon seriyasının gələn ilin ikinci yarısında təqdim olunacağına baxmayaraq artıq indidən onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu seriyaya ənənə üzrə iPhone 17 Pro iPhone 17 Pro Max modelləri daxil olacaqlar. Ortaya çıxmış yeni məlumata əsasən isə Apple şirkəti iPhone 17 Pro modellərinin ekranlarının aparıcı istehsalat texnologiyası üzərində çalışır.
         Gözləntilərə əsasən hazırlanan texnologiya iPhone 17 Pro modellərinin ekranlarının daha uzun müddət ərzində çalışmalarını, yüksək performanslarını və aşağı enerji sərfiyyatlarını təmin edəcək. Məlumatda qeyd edilib ki, şirkət iPhone 17 Pro smartfonlarında Low-Dielectric TEE adlı yeni ekran texnologiyasından istifadəni planlaşdırır. Məlumata əsasən sözügedən texnologiya batareyanın çalışma effektivliyini yüksəldir, ekranın ömrünü artırır və cihazın ümumi performansını yaxşılaşdırır. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, bütün iPhone 17 modellərinin ekranları 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcəklər.
    Paylaş